16 C
Baku
17 Aprel 2026, 11:50
Baş xəbərSiyasət

“Əfsuslar olsun ki, sizdə olduğu kimi, bizim də bəxtimiz o qədər gətirməyib”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Budapeştdə Macarıstan Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşü olub.

Görüşü zamanı xanım Novak energetika məsələlərinə toxunub. O bildirib ki, enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında ən mühüm məsələlərdən biridir.

“Əfsuslar olsun ki, sizdə olduğu kimi, bizim də bəxtimiz o qədər gətirməyib. Yüz ildən artıq dövr ərzində biz öz təbii enerji sərvətlərimizdən məhrum olmuşuq. Onlar artıq bizdə deyil. Enerji resurslarımızın şaxələndirilməsi üçün bizə yaxşı dost və tərəfdaşlar lazımdır. Çünki bildiyimiz kimi, hazırda biz Rusiyanın neft və qazından asılıyıq. Biz həmin məsələni, hazırda davam edən müharibəni və gözləntiləri müzakirə etdik. Bir sözlə, cənab Prezident, səfərinizə görə bir daha minnətdarıq”- Macarıstan prezidenti.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Siyasi ekspert: Körfəz ölkələrinin iştirakı İranın cavab zərbələrini şərtləndirir

Aynur Camal

Siyasi ekspert: ABŞ–İran gərginliyi Vaşinqtonu çətin vəziyyətə salıb

Aynur Camal

Siyasi ekspert: İran-İsrail gərginliyi və SEPAH generallarının taleyi danışıqlara təsir edə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu