Baş xəbərİqtisadiyyat

İlham Əliyev Ərəb Koordinasiya Qrupunun nümayəndə heyətini qəbul etdi

Bugun.tv xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı nümayəndə heyətinin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında iştirakının əhəmiyyətini vurğulayaraq, Azərbaycan ilə Ərəb Koordinasiya Qrupuna daxil olan qurumlar arasında fəal əməkdaşlığın qurulduğunu bildirib.

Prezident İlham Əliyev hazırda bir sıra birgə layihələrin icra olunduğunu qeyd edib və imzalanacaq sənədlərin önəminə toxunub.

Nümayəndə heyətinin rəhbəri, İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, qəbula görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinə dövlət başçısının verdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşdə Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğu vurğulanıb. Ölkədə yaradılmış investisiya mühitinin birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Görüşdən sonra Prezident İlham Əliyevin iştirakı ilə “Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi” layihəsi üzrə kredit sazişi imzalanıb. Bununla yanaşı, Abşeron yarımadasında 33 yaşayış məntəqəsinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi üzrə əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu mübadilə olunub.

Daha sonra dövlət başçısı Məhəmməd Süleyman Əl-Casirə Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə “Dostluq” ordenini təqdim edib. Əl-Casir fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Dünya Kuboku azarkeşlərini güclü tufan təhlükəsi gözləyir

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ-İran memorandumu yeni əməkdaşlıq mərhələsinin başlanğıcıdır

Aynur Camal

Ultra emal olunmuş qidalar asılılıq yaradır: Problem iradədə deyil, bioloji tələdədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu