25 C
Baku
3 İyul 2025, 10:25
Baş xəbər

İlham Əliyev fərman imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılması barədə Fərman imzalayıb.

Prezident.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” (bundan sonra – Mərkəz) publik hüquqi şəxs yaradılacaq.

Mərkəzin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tibb müəssisələrinin akkreditasiyası, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi üzrə tədbirlər görülməsi, habelə tibb müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişafı ilə bağlı dəstək xidmətləri göstərilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxs olması müəyyən edilib.

Mərkəzin təsisçisinin səlahiyyətləri Azərbaycan Prezidentinə verilib.

Fərmanda bildirilir: “Nazirlər Kabineti qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, tibb müəssisələrinin akkreditasiyası ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Bundan başqa iki ay müddətində Nazirlər Kabineti Mərkəzin nizamnaməsini təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir”.

Mənbə: Prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Çin Qəzzada “mülki əhalinin qorunmasına və humanitar böhranın qarşısının alınmasına” çağırır

Bugün TV

Trampdan radikal addım! Həmin nazirlik ləğv ediləcək: Tarix verildi

Aynur Camal

Papanın İsrailin Qəzzaya hücumları üçün “terror” ifadəsini işlətdiyi bildirildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu