Baş xəbər

İlham Məmmədov: “Bu, təkcə Ərdoğanın yox, bütün türk dünyasının qələbəsidir”

“Qardaş Türkiyədə keçirilən Prezident seçkilərinin ikinci turunda sadəcə Sayın Rəcəb Tayyib Ərdoğan qalib gəlmədi! Bütövlükdə Türk dünyası, haqq-ədalət, güclü və sarsılmaz olan Türk dünyasına gedən yolları arzulayan alovlu nitqlər, xoşbəxt və firavan gələcəyə hər çırpıntıda inanan ürəklər, nəhayət Möhtərəm Prezidentimizin “Dəmir yumruğu” kimi möhkəm birlik nümayiş etdirən yenilməz Türk xalqı qalib gəldi”.

Bu fikri Bugun.tv-yə Milli Məclisin deputatı İlham Məmmədov bildirib.

“Qardaş Türkiyə xalqı öz iradəsini nümayiş etdirməklə, bir daha bütün dünyaya sübut etdi ki, Türkiyənin milli təfəkkürünə, dövlət və dövlətçilik ənənələrinə, suverenliyinə və firəvan gələcəyinə qarşı hesablanan riyakar əməllər, təxribat cəhdləri, milli birliyi pozan radikal kampaniyalar, həmçinin xain mövqedən çıxış edən bir qrup xarici dövlətlərin başı boş başçılarının antitürk nitqləri Türkiyənin Qara dənizində güclü küləyə rastlar, Avropa hissəsindən Asiya hissəsinə atılar və Aralıq dənizində burulğana düşüb suların əlçatmaz dərinliyində məhv olarlar!
Bu gün biz Azərbaycan xalqı olaraq bir daha ürəkdən sevinirik! Bəli, biz ümumilikdə son illər ard-arda sevinc dolu tarixi anlar yaşayırıq! Ona görə ki, Vətən müharibəsindəki möhtəşəm Qələbəmiz dünya hərb tarixinə qızıl hərflərlə həkk olundu. Bu gün bir daha sevinirik ki, qardaş Türkiyə xalqı düzgün seçim edərək, məhz Türkün şanlı bayrağının Sayın Rəcəb Tayyib Ərdoğanın Liderliyi ilə ən yüksəklərdə dalğalanmasına təşəbbüs və sarsılmaz iradə göstərdi”, – İ.Məmmədov qeyd edib.

“Əlbəttə ki,bizə bu sevinci bəxş edən Uca Tanrıdır. Çünki bizim yolumuz haqq-ədalət yoludur. Tanrı da daim haqq-ədalətin yanındadır.
Böyük Türk dünyasına gedən yollara parlaq işıq salan iki güclü Liderə – Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Sayın Rəcəb Tayyib Ərdoğana eşq olsun!!!”, – deputat söyləyib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Avtomobil körpüdə balıqçıları vurdu: 3 yaralı var

Bugün TV

QHT Agentliyində Finlandiyanın səyyar səfiri ilə görüş keçirilib – FOTO

Nigar Məmmədova

İdarəetmədən çıxan mikroavtobus aşdı: 12 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu