9 C
Baku
23 Dekabr 2024, 3:55
Sosial

“İlk tibbi yardım” seminarı keçiriləcək.

Azərbaycan Vinq Çun Federasiyasının təşkilatçılığı ilə idmançılar üçün “İlk tibbi yardım” seminarı keçiriləcək.

Seminar 17 iyul saat 11:00-da başlayacaq. Bakı Biznes Universitetinin akt zalında təşkil olunan tədbirdə, əsasən döyüş idman növləri federasiyaları iştirak edəcək. Seminarın məqsədi idmançılara istər məşq və yarış əsnasında baş verən zədələnmələr zamanı, istərsə də fövqəladə hallarda zəruri olan ilk tibbi yardımla bağlı nəzəri və praktiki biliklərin öyrədilməsidir. Eləcə də, adi həyatda baş verən qəzalar zamanı yaralı şəxslərə cəld, çevik və effektiv yardım göstərilməsinin əhəmiyyətini aşılamaqdır.

Ümumilikdə seminarın proqramına yaralıya birincili və ikincili baxış, qanaxmalar, şok və bayılma, sınıqlar, çıxıqlar və burxulmalar, ürək masajı və süni tənəffüs kimi həyati əhəmiyyətli mövzular daxildir.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

2190 şəxs peşə hazırlığına cəlb edildi

Aynur Camal

“Mən kəsilən pensiyalarımın bərpasını istəyirəm”-VİDEO

Elnarə Dərziyeva

Orucluğun 11-ci günüdür

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu