27 C
Baku
27 İyul 2024, 7:49
Dünya

İmperator pinqvinləri üçün “buz qırılması” təhlükəsi

İstixana qazı emissiyaları hazırkı səviyyədə artmağa davam edərsə, yeni araşdırmaya görə, imperator pinqvinlərinin 99 faizi 2100-cü ilə qədər yox ola bilər. Yeni bir araşdırma imperator pinqvinlərinin nəsli kəsilmə yolunda olduğu xəbərdarlığını etdi.

Britaniya Antarktika Tədqiqatının (BAS) tədqiqatçıları istixana qazları emissiyalarının hazırkı səviyyədə artmağa davam edəcəyi təqdirdə 2100-cü ilə qədər quşların 99 faizinin nəsli kəsilə biləcəyini irəli sürüblər.

Coğrafi İnformasiya Mütəxəssisi Dr Peter Fretwell, “Qitə istiləşdikcə, buzların daha tez parçalandığını, pinqvin cücələrinin daha çox ölümünə səbəb olduğunu görürük” deyib.

Bir çox koloniyalarda daha az nəsil sağ qaldıqca, zaman keçdikcə mövcud çoxalma sahələrinin bəziləri yararsız hala düşəcək və ümumi populyasiya azalacaq.

İmperator pinqvinləri balalarını dayanıqlı dəniz buzunda, yəni sahilə möhkəm bağlanmış sabit dəniz buzunda böyüdürlər.

Bu buz çox erkən qırılarsa, balalar suya davamlı tükləri böyümədən dənizə üzməli olacaqlar. Bu, yüksək bala ölümünə səbəb ola bilər.

Hazırkı hesablamalar göstərir ki, istixana qazları emissiyaları hazırkı səviyyədə artmağa davam edərsə, əsrin sonuna qədər İmperator pinqvinlərinin populyasiyası 99 faiz azalacaq.

Son yeddi il ərzində Antarktida ətrafında dəniz buzunun miqdarı bütün fəsillərdə sürətlə azalıb.

Yay dəniz buzları 2022 və 2023-cü illərdə rekord aşağı səviyyəyə düşüb. Antarktika dənizinin buz sahəsi ilk dəfə olaraq 2 milyon km2-dən aşağı düşüb.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Lavrov: “Rusiya Bakı-Tehran münasibətlərinin tez zamanda düzələcəyinə inanır”

Nigar Məmmədova

Budanov: “Rusiya əsas diqqətini Donetsk və Luqansk vilayətlərinin ələ keçirilməsinə yönəldəcək”

Nigar Məmmədova

Zelenski Ukrayna Xarici İşlər Nazirliyinə göstəriş verdi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu