Digər

İmtahan həyəcanını dəf etməyin qızıl qaydaları-VİDEO

Şagird, tələbə, sürücü. Demək olar ki, bütün insanlar həyatlarında bir dəfədə olsa imtahan verirlər. Odur ki, imtahan həyəcanı heçkimə yad deyil. Bu insanlarda daxili narahatlıq yaradır və nəticədə bədən əsməyə başlayır əllərdə titrəmə, tərləmə, yuxu və qida pozuntuları əmələ gəlir. Eyni zamanda bildiklərini, öyrəndiklərini unutma kimi hallarla müşahidə olunur.
Psixoloq Ramidə Oktayqızı Bugun.tv vasitəsilə bu problemdən əziyyət çəkənlərə tövsiyələr verib. “Əziz gənclər, həyəcanı dəf etmək istəyirsənsə öncə nə üçün imtahan verməli olduğunu bilməlisən. Özünü aldatma. Öncə imtahanda düşəcək suallara cavab verib, verə bilməyəcəyini dəqiqıəşdir. Sən buna nə qədər hazırsan? Bunları bilməyin sənə çox kömək edəcək”.

R.Oktayqızının sözlərinə görə, imtahandan iki gün öncə hər kəs özünə istirahət verməlidir. Bolluca su içmək tövsiyə olunur. “İmtahana gedəcəyin məkanda 30 dəqiqə öncədən ol. Nəfəs gimnastikalarını etməyi unutma. Öz həyəcanını psixoloqunla paylaş və tövsiyələrə əməl et!

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu