23 C
Baku
21 İyul 2024, 16:38
Dünya

İnanılmaz hadisə! Hakimin qərarı polisin xoşuna gəlməyib və atəş açıb

Keniyanın paytaxtı Nayrobidə polis zabiti hakimin qərarını bəyənmədiyi üçün ona atəş açıb. İnanılmaz hadisədə hakim yaralanıb, polis əməkdaşı isə güllələnərək öldürülüb.

Yüksək rütbəli polis əməkdaşının həyat yoldaşı ilə bağlı işdə ağlasığmaz hadisələr baş verib. Nayrobidə keçirilən prosesdə Makadara baş hakimi Monika Kivuti polisin ərinə qarşı hökmü elan etdiyi anda xaos yaranıb.

Hakimin bu qərarını bəyənməyən polis əsəbiləşərək hakimə atəş açıb. Adı Samson Kipchirchir Kipruto olduğu bildirilən polis məmuru məhkəmə zalında digər polis əməkdaşları tərəfindən güllələnib.

Hadisə zamanı 3 polis əməkdaşı və hakim yaralanıb və təcili olaraq xəstəxanaya aparılıb. Atəş açan polis əməkdaşını xilas etmək mümkün olmayıb.

Açıqlamada, “Hakim zaminə buraxılma qərarını ləğv etdi. Bu qərar açıqlanan kimi bir nəfər hakimə atəş açaraq, omba nahiyəsindən yaralayıb. Atəş açan şəxsin şübhəli şəxslə evli polis olduğu üzə çıxıb”.

Hadisə ilə bağlı araşdırmanın davam etdiriləcəyi bildirilir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Rusiya tərəfindən girov götürülən Britaniya vətəndaşı öldü

Könül Kərimova

Mask ABŞ-a Ukrayna ilə bağlı yalan danışdığını etiraf etdi

Kəmalə Sultan

Cənubi Koreyada hər 10 nəfərdən 9-u it əti yemək istəmir

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu