11 C
Baku
20 Mart 2023, 23:10
Dünya

İndoneziyada dağ püskürdü

Bugun.tv xarici mediaya istinadən xəbər verir ki, İndoneziyada Merapi dağı püskürüb. Yaxınlıqdakı  kəndləri tüstü və kül bürüyüb.
Səlahiyyətlilər ölkənin ən aktiv vulkanının yamaclarında turizm və mədən fəaliyyətini dayandırmağa məcbur olub.

Fəlakətlərin İdarəedilməsi Agentliyinin sözçüsü Əbdül Muhari vulkan püskürməsinin hündürlüyünün 100 metrə çatdığını deyib.

Gün ərzində bu hadisə Günəşin qarşısını kəsib. Yaxınlıqdakı ən azı səkkiz kənd lavanın təsirinə məruz qalıb. Ölənlər barədə məlumat yoxdur.

Xatırladaq ki, 2,963 metr  hündürlüyü olan Merapi İndoneziyanın ən aktiv vulkanlarındandır. 2010-cu ildə onun son böyük püskürməsi 300-dən çox insanın ölümünə və təxminən 280.000 sakinin təxliyə edilməsinə səbəb olub.

Qeyd edək ki, 130-a yaxın aktiv vulkanı olan İndoneziya, yüksək vulkanik və seysmik aktivliyə səbəb olan Sakit Okean Atəş Halqasında yerləşir.

Oxşar xəbərlər

İspaniya qatarları toqquşub- çoxlu sayda xəsarət alan var

Aynur Camal

Parisdə zəlzələ qurbanları üçün konsert keçirildi

Nigar Məmmədova

İŞİD silahlıları Malidə 30 dinc sakini qətlə yetiriblər

Aynur Camal

Şərh yazın