25 C
Baku
27 İyul 2024, 3:54
Dünya

İndoneziyanın yeni paytaxtı Nusantaraya köçdü

Ölkənin indiki paytaxtı Cakartanın təbii fəlakətlər, infrastruktur problemləri və qrunt sularından həddən artıq istifadə ucbatından sürətlə “batması” səbəbindən yeni paytaxta köçmə işləri başa çatıb.

İndoneziya prezidenti Coko Vidodo Borneo adasında Şərqi Kalimantan əyalətində “Nusantara” adlanan yeni paytaxtda tikilməkdə olan ərazilərə baxış keçirib.

Yeni paytaxta köçmənin 80 faiz tamamlandığını bildirən Widodo, gələn ay təmiz su bağlandıqdan sonra yeni ofisindən işə başlayacağını bildirdi.

Tikintisi davam edən Prezident Sarayının qarşısında çıxış edən Vidodo, “Yeni ofisimlə bağlı son dərəcə nikbinəm. Avqust ayında Müstəqillik Günü qeyd etmələri çərçivəsində yeni paytaxtın rəsmi fəaliyyətə başlamasını planlaşdırırıq” deyib.

Nusantarada su çəninə baxış keçirən, universitet və məktəblərin təməlqoyma mərasimlərində iştirak edən Widodo, hava limanının tikintisinin avqust ayında başa çatdırılmasının gözlənildiyini bildirdi.

Bu arada, 2019-cu ildə elan edilən, lakin Covid-19 epidemiyası səbəbindən təxirə salınan paytaxtın köçürülməsi planının bu il tamamlanacağı gözlənilir.

Cakarta bir çox səbəblərə görə batmaqdadır

İndoneziya hökuməti 10 milyonluq əhalisi, hər il baş verən daşqınlar, infrastruktur problemləri və qrunt sularından həddindən artıq istifadə kimi təbii fəlakətlər səbəbiylə Yava adasının indiki paytaxtı Cakartanı köçürmək istədiyini açıqlamışdı.

Widodo hökuməti həmçinin ölkə əhalisinin 60 faizindən çoxunun və iqtisadi fəaliyyətlərinin yarıdan çoxunun yaşadığı Yava adasındakı yükü azaltmağı və milli sərvəti bütün ölkəyə yaymağı hədəflədiyini bəyan edib.

Ekoloqlar xəbərdarlıq etmişdilər ki, bu addım tropik meşələrdə oranqutanların, günəş ayılarının və uzunburunlu meymunların yaşadığı Şərqi Kalimantanda ətraf mühitin çirklənməsini artıracaq.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Süni intellekt sizi daha cəlbedici və ağıllı edə bilərmi?

Aynur Camal

Danimarkanın “Maersk” şirkətinə məxsus konteyner gəmisi Qırmızı dənizdə raketlə vuruldu

İntizar Əmirova

“Ukrayna Rusiya Federasiyası üçün əsl təhlükəyə çevrilib”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu