Baş xəbərİdman

İngiltərə klubunun sabiq futbolçusu “Turan Tovuz”da – FOTO

Bugun.tv xəbər verir ki, “Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun mətbuat xidmətinin məlumatına görə, Divayn Naa ilə sözləşmə imzalanıb. Qanalı yarımmüdafiəçi ilə 3 ay + 1 il müddətində rəsmi müqavilə bağlanıb.

26 yaşlı futbolçu karyerası ərzində “Mançester Siti” (İngiltərə),”Stromqodset” (Norveç), “Breda” (Niderland), “Norşelland” (Danimarka), “Orebro” (İsveç), “Tubiz” (Belçika), “Hapoel” (İsrail), “Mosta” (Malta) komandalarının formasını geyinib. O, son olaraq Litva “Jalgiris”ində çıxış edib.

Divayn Naa “Turan Tovuz”da 24 nömrəli formanı geyinəcək.

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Zəngəzur dəhlizinin açılması Naxçıvana yeni iqtisadi imkanlar yaradacaq

Aynur Camal

Razi Nurullayev: Sülhün möhkəmləndirilməsi üçün cəmiyyətlər arasında etimad artırılmalıdır

Aynur Camal

Rusiya və Ukrayna danışıqlar masasına oturur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu