Bugun.Tv xəbər verir ki, İngiltərənin Dorset bölgəsindəki Knoll çimərliyində nadir şişkinbalıq sahilə çıxıb. Balığı görən insanlar əvvəlcə onun plastik əşya və ya dəniz nişanı olduğunu düşünüblər.
“People” nəşrinin məlumatına görə, yerli dalğıc Owen Booty balığın fotosunu çəkərək mütəxəssislərə göndərib. Dorset Vəhşi Təbiət Fondu və dəniz bioloqu onun şişkinbalıq olduğunu təsdiqləyib.
Bu növ balıqlar İngiltərə sularında nadir hallarda rast gəlinir. Onlar əsasən Atlantik okeanının daha isti sularında, eləcə də Hind və Sakit okeanlarda yaşayırlar. Mütəxəssislər əvvəlki həftə baş verən fırtınaların balığı sahilə gətirmiş ola biləcəyini ehtimal edirlər.
Şişkinbalıqların bəzi toxumalarında tetrodotoksin adlı güclü zəhər olur. Bu maddə qəbul edildikdə ağır zəhərlənməyə və ölümə səbəb ola bilər. Mütəxəssislər çimərlikdə belə balıq görən insanlara ona toxunmamağı və müvafiq qurumlara məlumat verməyi tövsiyə edirlər.
Mənbə: People
