11 C
Baku
7 Dekabr 2024, 21:50
Baş xəbərDünya

İngiltərədə insan tələfatına səbəb olan “Bert” fırtınası Fransanı da təşvişə salıb

İngiltərə və İrlandiyanı vuran Bert qasırğası 5 nəfərin ölümünə səbəb olub. İngiltərənin müxtəlif yerlərində yüzlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb, Şimali İrlandiyada bir çox evi su basıb. İngiltərə və İrlandiyadan sonra Fransanı da əhatə edən “Bert fırtınası” səbəbindən ölkənin 9 vilayətində narıncı həyəcan elan edilib.

“Bert” qasırğası İngiltərə və İrlandiyanı vurdu. Fırtına nəticəsində 5 nəfər ölüb. Normal yağışın 80 faizindən çoxu bu ilin ikinci ən böyük fırtınası olan Bert səbəbiylə düşüb. İlk ölüm itkisi 75 yaşlı Brayan Perrinin itini gəzdirərkən itkin düşməsi ilə baş verib. Perrinin cəsədi Uelsdəki Afon Konvi çayı yaxınlığında tapılıb. İkinci ölüm hadisəsi Lancashire bölgəsində baş verib. 80 yaşlı sürücü maşını gölməçəyə girərək ölüb. Qasırğanın törətdiyi digər qəzalarda daha 3 nəfər ölüb.Uelsin şimalında Llanqollen yaxınlığındakı evdə 5-i böyük və 5-i uşaq olmaqla cəmi 10 nəfər sürüşmə səbəbindən böyük təhlükə ilə üzləşib.

İngiltərə və İrlandiyada böyük dağıntılara səbəb olan “Bert” fırtınası Fransanın şərq və mərkəzi hissələrinə təsir edib. Fransa Meteorologiya İdarəsi Metro-France, sürəti saatda 120 kilometri keçən Bert qasırğasının Allier, Saone-et-Luara, Jura, Puy-de-Dome, Loire, Rhone, Ain, Haute-Loire və Isere axşam saatlarına qədər məlumat verdi. Fırtına ilə əlaqədar bu əyalətlərdə narıncı həyəcan siqnalı verilib. Digər tərəfdən, əlverişsiz hava şəraiti ilə əlaqədar xəbərdarlıqların edildiyi Auvergne Rhone-Alpes bölgəsində qatarların hərəkətində fasilələr yaranıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Türk rəssamının tablosu Parisdə 571 min 500 avroya satıldı

Aynur Camal

Sionist rejim Qəzzada hücumlarını davam etdirir: 16 şəhid

Aynur Camal

Türkiyədə yaxşı tətil keçirmək üçün hara getmək lazımdır? – Fotolar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu