25 C
Baku
21 Sentyabr 2026, 13:21
Böyük Britaniya, Avropa İttifaqı, Brexit, Aİ üzvlüyü, YouGov sorğusu, Britaniya seçiciləri, Best for Britain, The Independent
Dünya

İngiltərə Avropa İttifaqına geri qayıdır? Xalqdan bütün zamanların ən böyük dəstəyi

Bugun.tv xəbər verir ki, Böyük Britaniyada ölkənin Avropa İttifaqına yenidən qoşulmasını dəstəkləyənlərin göstəricisi Brexit referendumundan sonra ən yüksək səviyyəyə çatıb.

The Independent-in yazdığına görə, Best for Britain təşkilatının sifarişi ilə YouGov tərəfindən 11 927 seçici arasında keçirilən araşdırmada respondentlərin 35 faizi hökumətin Aİ üzvlüyünü bərpa etməsini ən üstün siyasət seçimi kimi göstərib. Hazırkı hökumətin Aİ ilə daha yaxın münasibət qurmasını dəstəkləyənlərin payı 18 faiz, birliklə əlaqələrin daha da zəiflədilməsini istəyənlərin payı isə 11 faiz olub.

Araşdırma Böyük Britaniyada Şimali İrlandiya istisna olmaqla 632 parlament seçki dairəsini əhatə edib. Nəticələrə əsasən, dörd seçki dairəsi istisna olmaqla, bütün dairələrdə Aİ-yə yenidən üzvlük ən çox seçilən variant olub.

The Independent həmçinin qeyd edir ki, ayrıca sorğularda britaniyalıların 61 faizinin ölkənin Aİ-yə yenidən qoşulmasına səs verəcəyini bildirməsi də rekord göstərici sayılır.

Bununla belə, Britaniya hökuməti hazırda Aİ ilə daha yaxın münasibətlər qurmağa çalışdığını, lakin üzvlüyün bərpasının gündəmdə olmadığını bildirir.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Arıqlama dərmanları restoranlara da təsir edir

Aynur Camal

Rusiya Ermənistandakı şirkətləri ilə bağlı xəbərdarlıq etdi

Aynur Camal

Avropa banklarının ABŞ bankları ilə rəqabəti üçün böyüməsi tələb olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu