Digər

İngiltərədə insult müalicəsində gecə-gündüz xidmət boşluğu: 24/7 trombektomiya hələ tam təmin edilmir

İngiltərədə  insult müalicəsində həyati əhəmiyyət daşıyan mexaniki trombektomiya xidmətini hələ də tam şəkildə 24/7 rejimdə təmin edə bilmir.

Məlumata görə, İngiltərədəki 24 insult mərkəzindən 7-si hökumətin vədlərinə baxmayaraq, gecə-gündüz işləyən trombektomiya xidmətinə keçidi tamamlamayıb.

Bu prosedur ağır insult zamanı beyində yaranan qan laxtasının xüsusi kateter vasitəsilə çıxarılması və xəstənin həyatının xilas edilməsi üçün istifadə olunur.

Mütəxəssislər bildirirlər ki, bu xidmətin vaxtında göstərilməsi xəstənin ömürlük əlil qalmasının və ya ölüm riskinin qarşısını ala bilər. Lakin bəzi regionlarda iş saatlarından kənar bu müalicəyə çıxışın olmaması “poçt indeksi lotereyası” kimi qiymətləndirilir.

Birləşmiş Krallıq səhiyyə sistemində ildə 100 mindən çox insan insult keçirir və on minlərlə insan həyatını itirir və ya ciddi əlilliklərlə yaşayır.

Məlumata görə, Hull, Leeds, Sheffield, Newcastle və Brighton daxil olmaqla bir neçə bölgədə xidmət 24/7 rejiminə keçid edə bilməyib və bəzi xəstələr təcili hallarda digər şəhərlərə yönləndirilir.

Həkimlər bildirirlər ki, mexaniki trombektomiya insultun ən effektiv müalicə üsullarından biri hesab olunur, lakin işçi qüvvəsi çatışmazlığı və resurs problemi səbəbindən bütün ölkə üzrə eyni səviyyədə əlçatan deyil.

Səhiyyə rəsmiləri isə əlavə maliyyə ayrıldığını və xidmətin genişləndirilməsi üçün işlərin davam etdiyini açıqlayıblar.

Ekspertlər xəbərdarlıq edirlər ki, 24/7 xidmətin tam təmin olunmaması gecə və həftəsonu insult keçirən xəstələr üçün ciddi risk yaradır və bərabər səhiyyə xidmətinə çıxış problemini daha da dərinləşdirir.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Kakao tozu görmə zəifləməsini ləngidə bilər – alimlərdən yeni araşdırma

Aynur Camal

Hər gün səhər yeməyini buraxmaq: arıqlamağa kömək edir, yoxsa sağlamlığa zərər verir?

Aynur Camal

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu