11 C
Baku
8 Dekabr 2024, 9:59
Digər

“İnsan oğlunun kədərdən lal olduğu zamandayıq…”

Ayrılıq ölümdən betərmiş axı. Deyərdilər, biz də musiqi ilə səslənincə, belə ağır olduğunu düşünməzdik..

İndi başını dağıntı altından ilk çıxardığında “öncə anamı çıxarın” deyən uşağı görüncə, sümüyün də acıyır bu ayrılıqdan. Anasının ölümündən öncə, onunla ayrılığı qəbullanmır körpəm..

Ana varsa, yenidən qurulacaq o dünya.. Amma yoxdur.. Əsl “deprəm”dən xəbərsizdir yavrum.

Anasından ayrı düşdü bala.. Onun həyatını “zəlzələ” dağıtmazdı, amma anasızlıq yıxacaq…

Ən çox da baş verənlərdən, əsas da anasızlıqdan xəbərsiz uşaqlar dağlayır ürəyimi.

Dərindən nəfəs ala bilmirəm..

Həyatda qalmağı, yaşamağı nazik bir ip üstündə iki dağarası yerimək kimi hiss edirəm daha.. Bu qədər ani.

Ölümlər də fərqli olurdu keçmişdə..-yanğından, acından, susundan, kədərdən, dərddən, xəstəlikdən..

Heç 10 səbəbdən eyni anda ölmək nədir görmüş, eşitmişdinizmi?

Acından da ölürsən, həm də susundan, həm də havasızlıqdan, həm də ağrıdan, həm də acıdan, həm də itkidən, həm də anasızlıqdan, balasızlıqdan..

Eyni vaxtı 10 ölümü yaşayırsan bir canda..

 Anidir həyat..

Ailəcə bir şam yeməy qədər zövqverici..

Bir qucaqlaşma qədər isti..

Yeni mənzil qədər sevindirici..

“Sevirəm” etirafı qədər rahatladıcı..

Televizor səsi, körpə gülüşü, bir səsləniş, mətbəxdən gələn yemək qoxusu, bir nağıl, cizgi filmi, “nenni” avazı..

Körpəsi yenicə yuxulamış “anne-baba”nın film keyfi qədər hərarətli..

“Sokakta kalmış köpeklerden masal uyduran bir anne ve ona inanıp uyuyan yavru kadar” sevgili..

Sonra yatışını izlədiyi, qoxladığı körpəsi qədər doyulmaz..

Bu əmanət üçün bir ananın Allaha etdiyi təşəkkür qədər ALİ..

Gözünü yumub, “eşinin, yavrunun, annenin, babanın” qoxusunu ürəyinə çəkmək kimi dadlıdır həyat..

Ən doğmanı, yanında olanı öpüb, “şirin yuxular” deyib, kabusa vermək qədər qorxuncdur həyat..

Sevincdən dəli,

Kədərdən lal edəcək qədər anlaşılmazdır həyat..

Yeyirəm dadsızdı,

Geyinirəm, amma üşüyürəm..

Ağlayıram, amma acım zərrə də azalmır..

Eşidirəm, amma dərk edə bilmirəm..

Görürəm, rəngsizdir..

Gələcək boz görünür,

bu gün dəhşətli..

İnsan oğlunun kədərdən lal olduğu zamandayıq “deprem” səbəbindən, “FARKINDAMISINIZ?!”

Müəllif: Maya İmran

Bugün TV

Oxşar xəbərlər

Mətbuat Şurasından xəbərdarlıq!

Nigar Məmmədova

Polkovnik Anar Eyvazov: “Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırırıq”

Bugün TV

Bu il 16 tələbə Amerikada ödənişsiz təhsil alacaq

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu