12 C
Baku
9 Aprel 2026, 20:15
Digər

İnsan tərlərində qrip virusunu zəiflədən molekul aşkar edilib

Alimlər insan orqanizmində qripə qarşı təbii müdafiə mexanizmlərindən birini aşkar ediblər. Araşdırmaya görə, tərlə ifraz olunan dermsidin adlı maddə virusun yayılmasının qarşısını ala bilir.

Tədqiqatın nəticələri Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında dərc olunub.

Alimlər müəyyən ediblər ki, dermsidin əvvəllər antibakterial və antifungal xüsusiyyətləri ilə tanınsa da, eyni zamanda antiviral təsirə də malikdir. Bu molekul qrip virusunun hüceyrələrə daxil olmasını bloklayır.

Araşdırmaya əsasən, dermsidin virusun səthində yerləşən hemaqqlütinin adlı zülala bağlanır. Bu zülal virusun hüceyrəyə yapışmasına və daxil olmasına kömək edir. Lakin dermsidin onun strukturunu dəyişdirərək virusun hüceyrə ilə birləşməsinin qarşısını alır və beləliklə infeksiya başlamadan virus zərərsizləşdirilir.

Mütəxəssislər bildirir ki, bu mexanizm mövcud antiviral dərmanlardan fərqlənir. Çünki bir çox dərman virusun başqa zülalına təsir edir və zamanla virus onlara qarşı davamlılıq qazana bilir.

Araşdırma həmçinin göstərib ki, dermsidin təkcə tərdə deyil, həm də virusların orqanizmə daxil olduğu əsas yerlərdə — burun-udlaq, tüpürcək və göz yaşında da mövcuddur. Maraqlıdır ki, qripə daha az yoluxan insanlarda bu maddənin səviyyəsi digərlərinə nisbətən təxminən 6 dəfə yüksəkdir.

Alimlər hesab edir ki, bu kəşf gələcəkdə daha effektiv antiviral dərmanların hazırlanmasına kömək edə bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Saatda 10 squat: oturaq iş üçün viral trend nə qədər faydalıdır?

Aynur Camal

Üz üçün serum necə düzgün istifadə olunmalıdır? – Effektli qulluq qaydaları

Aynur Camal

Bir fincan qəhvə vitaminlərin təsirini azalda bilər – həkimlər xəbərdarlıq edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu