27 C
Baku
27 İyul 2024, 3:35
DünyaHadisə

İnsanlar arıların hücumuna məruz qaldı: ölən və yaralananlar var

Bugun.tv xarici mediaya istinadən xəbər verir ki, hadisə Meksikanın Tabasko ştatının Çaypa şəhərində yaşanıb. İnsanlar arıların hücumuna məruz qalıb. Nəticədə 1 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Baş verən hadisədən sonra Çaypa şəhərində fövqəladə vəziyyət elan olunub.

Məktəbdə olan şagird və müəllimlər polis və mülki müdafiə qrupları tərəfindən təxliyə edilib.

Arı sürüsünün bölgədən çıxarılması və yaralıların xəstəxanaya göndərilməsi üçün bölgədə genişmiqyaslı işlərə başlanılıb. Komandalar həşaratları ərazidən uzaqlaşdırmaq üçün pestisidlərdən istifadə ediblər.

Hadisə ilə əlaqədar olaraq, səhiyyə ocaqlarında sıxlıq yaşanıb. Arı sancması şikayətləri ilə şəhərin bir çox sağlamlıq mərkəzinə müraciət edilib.

Xəsarət alanlar arasında bir qadın aparıldığı xəstəxanada dünyasını dəyişib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Narkotiklərin qanunsuz dövriyyəsinə və oğurluğa görə 18 nəfər saxlanıldı

Kəmalə Sultan

Axtarılan 101 adam tutuldu

Bugün TV

İsrail Cenin xəstəxanasına basqın etdi: 3 fələstinli yaralandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu