Texnologiya

Intel şirkəti Microsoft üçün prosessorlar istehsalına başlayayır

Bugun.tv xəbər verir ki, Amerikanın Intel və Microsoft şirkətləri müasir prosessorlar istehsal etmək üçün birləşiblər. Bu barədə Bloomberg məlumat yayıb.

Yarımkeçirici avadanlıqların istehsalını “Intel Foundry” şirkətinin törəmə şirkəti həyata keçirəcək. Çiplərin Intel 18A texniki prosesindən istifadə edilməklə hazırlanacağı bildirilib. Sifariş 15 milyard dollar təşkil edib.

Microsoft-un baş direktoru Satya Nadella “Biz hər bir fərdi təşkilatın və bütün sənayenin məhsuldarlığını əsaslı şəkildə dəyişdirəcək maraqlı platforma keçidinin ortasındayıq” deyib. Onun sözlərinə görə, bu səbəbdən şirkətə onu yeni nəsil prosessorlarla təmin edəcək güclü tərəfdaş lazım idi.

Media jurnalistlərinin fikrincə, Intel bununla da Apple, Qualcomm və AMD ilə birgə çiplər istehsal edən Tayvan şirkətinin Tayvan Semiconductor Manufacturing Company (TSMC) yolunu təkrarlayacaq. Müəlliflər həmçinin qeyd ediblər ki, İT nəhəngləri xarici mənfi amillərdən daha az asılı olmaq üçün öz yarımkeçirici istehsalını təşkil edirlər.

Bundan əvvəl Android Authority-nin jurnalistləri Microsoft-un Windows 11-ə böyük bir yeniləmə buraxdığını elan etdiyini bildiriblər. Beləliklə, şirkət Windows 12-nin buraxılışından imtina olunub.

Müxbir Qaytən Qasımzadə

Mənbə lenta.ru

Bugün TV

Oxşar xəbərlər

Süni intellektlə hazırlanan saxta məşhur reklamları dələduzluq tələsinə çevrilir

Aynur Camal

LineShine sistemi dünyanın ən sürətli superkompüteri seçildi

Aynur Camal

Populyar süni intellekt proqramı SSD yaddaşlarını sürətlə sıradan çıxarır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu