iqlim böhranı, imperator pinqvinləri, Antarktida, dəniz buzları, qlobal istiləşmə, okeanlar, ekosistem, iqlim dəyişikliyi
Dünya

İqlim böhranı imperator pinqvinlərini yox olmaq təhlükəsi ilə üz-üzə qoyur

Bugun.tv xəbər verir ki, qütb sularında temperaturun yüksəlməsi və dəniz buzlarının əriməsi ekosistemlərə ciddi təsir göstərir. Ensonhaber-in AFP-yə istinadən yaydığı xəbərə görə, Avropa İttifaqının Kopernik Dəniz Xidməti çərçivəsində hazırlanan 10-cu Okean Vəziyyəti Hesabatında okeanlarda baş verən sürətli dəyişikliklərə diqqət çəkilib.

Hesabata əsasən, 1982–2024-cü illər arasında Şimal Buzlu okeanında dəniz səthi və dəniz buzunun səthi temperaturu 4,2 dərəcə Selsi yüksəlib. Eyni dövrdə qlobal dəniz səthi temperaturunun artımı on ildə orta hesabla 0,12 dərəcə olub.

Antarktidada buz örtüyünün azalması isə imperator pinqvinləri üçün ciddi təhlükə yaradır. 2022-ci ildə dəniz buzlarının rekord səviyyədə geri çəkilməsi nəticəsində bu quşlarda genişmiqyaslı çoxalma uğursuzluğu qeydə alınıb. Balaları su keçirməyən tükləri inkişaf etməmiş dondurucu suya düşdükdə tələf ola bilirlər.

Hesabatda bildirilir ki, dəniz buzlarının əriməsi indiki sürətlə davam edərsə, imperator pinqvin koloniyalarının 90 faizindən çoxu 2100-cü ilə qədər demək olar ki, tamamilə yox ola bilər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp ABŞ-ın dizel ixracını qadağan edə biləcəyini açıqladı

Aynur Camal

Fransada lisey şagirdlərinin etirazlarında 202 nəfər yaralandı

Aynur Camal

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanla müdafiə sazişi elan etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu