30 C
Baku
19 İyul 2024, 13:09
Baş xəbərİqtisadiyyat

İqtisadiyyat sahəsində çalışan işçilərin sayında azalma var

“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 706 min nəfər olub. Onlardan 891,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Ötən ilin avqustun 1-ə olan vəziyyətə görə isə, ölkədə 1 milyon 719 min nəfər muzdla çalışan işçi qeydiyyatda olub. Bu o deməkdir ki, müqavilə ilə çalışanların sayı 2022-ci ilin uyğun dövrünə nisbətən 13 min nəfər azalıb”.

Bugun.tv xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb. Onun sözlərinə görə, işçilərin sayının azalmasının həm dövlət, həm də özəl sektorda müşahidə olunur. “Müqavilə ilə çalışanların sayında azalma həmin müddətdə dövlət sektorunda 6 min, özəl sektorda isə 7 min olub. Dövlət sektorunda işçilərin sayının azalması daha çox institutsional dəyişikliklər ilə bağlı olsa da, özəl sektorda əmək müqavilələrinin sayının azalmasının xüsusi təhlil edilməsi və monitorinqlərin gücləndirilməsi vacibdir. Belə ki, məşğulluğun daha çox özəl sektor hesabına formalaşdırılması əsas prioritetlərdən hesab olunur. Eyni zamanda, iqtisadiyyat ağardıqca özəl sektorda əmək müqavilələrinin sayının artması, qeyri-leqal məşğulluğun rəsmilləşdirilməsi çox vacibdir. Aydındır ki, bir sıra müəssisələrdə işçilərin heç də hammısı ilə əmək müqavilələri bağlanılmır və deməli bu sahədə nəzarətin daha da gücləndirilməsi vacibdir”, – millət vəkili bildirib.

Son statistika sosial haqqların faizinə yenidən baxılıb azaldılması və eləcə də, dövlət sektorunda gəlirlərdə vergidən azad olunan məbləğin artırılmasını bir daha gündəmə gətirir. Məşğulluğun rəsmilləşdirilməsi üçün təşviqedici tədbirlərin genişləndirilməsi vacibdir. Bu xüsusən, məşğulluqda özəl sektorun lokomotivə çevrilməsi baxımından da əhəmiyyətlidir.

Bugün TV

Oxşar xəbərlər

Qaçaqmalçılıq əməliyyatı oldu: 13 nəfər saxlanıldı

Bugün TV

İlham Əliyev Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib

Aynur Camal

Mehriban Əliyeva, Arif Paşayevin doğum gününü təbrik etdi

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu