Digər

İran ərəb ölkələrini BMT-yə şikayət edib

İran öz ərazisi və hava məkanının ABŞ və İsrailin hücumları zamanı istifadə olunmasına şərait yaratdıqları iddiası ilə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və Küveyti Birləşmiş Millətlər Təşkilatına göndərdiyi məktubla etiraz edib.

ABŞ və İsrailin hücumları ilə başlayan qarşıdurma, İranın da İsrailə və ABŞ-nin bölgədəki hərbi bazalarına cavab zərbələri endirməsi ilə davam edib.

ABŞ ilə İran arasında əldə olunan atəşkəs razılaşmasından sonra qarşılıqlı hücumlar dayandırılsa da, regionda gərginlik hələ də qalmaqdadır.

Bu çərçivədə İran tərəfindən diqqət çəkən addım atılıb.

İrandan BMT-yə məktub

İran dövlət televiziyasının məlumatına görə, İranın BMT-dəki daimi nümayəndəsi Səid İravani Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və Küveyti etiraz etmək məqsədilə BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasına ayrı-ayrı məktublar ünvanlayıb.

İravani məktubunda beynəlxalq hüquqa əsasən dövlətlərin öz ərazilərinin üçüncü ölkəyə qarşı hücum və ya silahlı əməliyyatlar üçün istifadə olunmasına görə məsuliyyət daşıdığını xatırladıb.

O bildirib ki, İran adı çəkilən ölkələri mehriban qonşuluq prinsiplərinə əməl etməyə və ərazilərinin İrana qarşı istifadə olunmasının qarşısını almağa çağırır.

Məktubda həmçinin qeyd olunub ki, İran qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşmaqla yanaşı, öz suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini qorumaq üçün zəruri bütün tədbirləri, o cümlədən özünümüdafiə hüququnu həyata keçirmək haqqını saxlayır.

Mənbə: EnSonHaber
Aynur Camal

Oxşar xəbərlər

Fransız deputatdan Eurovision boykotu çağırışı: İsrailə görə yayım dayandırılsın

Aynur Camal

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu