İran, BƏƏ, Məsud Pezeşkian, Xalid bin Məhəmməd bin Zayed, İran-BƏƏ münasibətləri, BRİKS sammiti, Yaxın Şərq, regional əməkdaşlıq
Dünya

İran ABŞ-a qarşı qabaqlayıcı zərbələr endirməyə hazır olduğunu açıqladı

Bugun.tv xəbər verir ki, İran ordusu ABŞ ilə davam edən qarşıdurma fonunda vəziyyət tələb edərsə qabaqlayıcı zərbələr endirməyə hazır olduğunu açıqlayıb.

İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminia bildirib ki, Silahlı Qüvvələr mümkün hücumların qarşısını almaq üçün əvvəlcədən əməliyyat keçirməyə hazırdır.

Onun sözlərinə görə, İran tərəfi düşmənin hər hansı təcavüz və ya müdaxiləsinin qarşısını almaq məqsədilə zəruri hesab etdiyi halda qabaqlayıcı əməliyyatlara əl atacaq.

Eyni zamanda, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli nümayəndələri Hörmüz boğazına nəzarətin Tehranın əlində olduğunu bildiriblər. SEPAH generalı Məhəmməd Rza Nəqdi boğazın bağlı olduğunu və İran silahlı qüvvələrinin əraziyə tam nəzarət etdiyini deyib.

O bildirib ki, bu vəziyyət İranın tələbləri yerinə yetirilənədək davam edəcək. Digər SEPAH müşaviri general Əmirəhmedi isə hazırda Hörmüz boğazından gündə orta hesabla təxminən 10 gəminin keçdiyini, müharibədən əvvəl bu rəqəmin 125-ə yaxın olduğunu açıqlayıb.

Bu arada ABŞ administrasiyasında İranın siyasi rəhbərliyinin ölkədə qərarvermə prosesinə nə dərəcədə nəzarət etdiyi ilə bağlı suallar yaranıb. ABŞ-ın vitse-prezidenti Cey Di Vens İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi ilə aparılan danışıqlara baxmayaraq, Tehranda qərarların necə qəbul edildiyinin tam aydın olmadığını bildirib.

ABŞ tərəfi əsas məqsədin İranın nüvə silahına sahib olmasının qarşısını almaq olduğunu vurğulayır.

Mənbə: Euronews

Aynur Camal

Oxşar xəbərlər

10 min addım qaydası dəyişir: 60 yaşdan sonra gündə nə qədər gəzmək lazımdır?

Aynur Camal

Putinə illər ərzində verilən ən qeyri-adi hədiyyələr – siyahıda 50 metrlik şərf də var

Aynur Camal

Çinin Laosdakı yeni hərbi obyektində səkkiz hücum təyyarəsi aşkarlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu