Bugun.tv xəbər verir ki, İran Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə suverenlik mübahisəsi olan Fars körfəzindəki Əbu Musa adasında yaşayış icazəsi üçün müraciət edən hər bir vətəndaşa torpaq sahəsi ayıracaq.
Bunu İranın yarı rəsmi Tesnim Xəbər Agentliyinin məlumatına görə, yol və şəhərsalma nazirinin müavini Arslan Maliki qatıldığı yarmarkada jurnalistlərin suallarını cavablandırarkən deyib.
İranın BƏƏ ilə suverenlik mövzusunda mübahisəsi olan Əbu Musa adasında İran vətəndaşlarına torpaq ayırma planı ilə bağlı suala Maliki belə cavab verib: “Bu baxımdan Əbuda yaşayış icazəsi üçün müraciət edən hər bir İran vətəndaşına torpaq veriləcək”.
Nazir müavini Maliki, Əbu Musa adasında torpaq sahibi olmaq üçün mənzil almaq istəyən şəxs və onların himayəsindəki şəxslərin adına heç bir torpaq və ya əmlak qeydiyyatının olmadığını göstərən “yaşıl c forması” şərtinin tələb edilməyəcəyini bildirib.