İran və ABŞ arasında nüvə sazişi üzrə danışıqların ikinci mərhələsi şənbə günü, aprelin 20-də Omanın paytaxtı Maskatda keçiriləcək.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi IRNA-ya deyib: “Məsləhətləşmələr nəticəsində danışıqların ikinci raundunun Maskatın ev sahibliyi etməsi qərara alınıb”.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2018-ci ildə ölkəsini birtərəfli qaydada nüvə sazişindən çıxarması ilə İran və ABŞ arasında dolayı danışıqlar dayanıb. Lakin son həftələrdə iki ölkə arasında təmaslar bərpa olunub.
Ötən ay ABŞ prezidenti Donald Tramp administrasiyası İrana birbaşa danışıqlara çağıran məktub göndərib və İran Oman vasitəsilə cavab verib. Bu inkişafdan sonra tərəflər aprelin 12-də Maskatda danışıqların ilk raundunu keçirib.
Hər iki tərəf bu danışıqları “pozitiv və konstruktiv” adlandırıb. ABŞ mətbuatında yer alan xəbərlərə görə, daha əvvəl ikinci turun Romada keçiriləcəyi iddia edilirdi. Lakin İranın açıqlaması ilə danışıqların yenidən Omanda davam edəcəyi bəlli olub.
Mənbə: İlkha