Baş xəbərDünya

“İran xalqı bu rejimə nifrət edir, onu dəyişmək istəyir”

Xarici Xəbərlər.

Tanınmış iranlı insan haqları hüquqşünası Nəsrin Sotoudeh  Tehrandakı evindən eksklüziv müsahibəsində CNN-in baş beynəlxalq aparıcısı Christiane Amanpour-a deyib ki, amansız dövlət repressiyası aylardır ölkəni bürümüş nümayişləri sakitləşdirməyə müvəffəq olsa da, bir çox iranlı hələ də rejimin dəyişdirilməsini istəyir:

“Edam təhlükəsinə, repressiyalara baxmayaraq, İran xalqının bu rejimə nifrəti, onu dəyişmək istəyi ara vermir”.

O, cəmiyyətin İrandakı mövcud sistemi dəyişməsini tələb etdiklərini vurğulayaraq İranın keçmiş Baş naziri Mirhüseyn Musəvinin də bu məqsədlə referendumun keçirilməsini tələb etdiyini bildirib. Hüquq müdafiəçisi qeyd edib ki, 4 aydır sürən etiraz aksiyaları Tehran rejiminin mövqeyinin dəyişməyib: “Bununla belə, qadınlar itaətsizliyi davam etdirirlər”. Xatırladaq ki, 59 yaşlı Nəsrin Sutudə məhkəmələrdə ölüm hökmü təhlükəsi olan yetkinlik yaşına çatmayanların, ictimai yerlərdə hicaba əməl etmədikləri üçün tutulanların hüquqlarını müdafiə edib. O, 2019-cu ildə “dövlətin təhlükəsizliyinə qarşı çıxdığı üçün” 33 il müddətinə azadlıqdan məhrum olunub. Hüquq müdafiəçisi ona qarşı irəli sürülən ittihamlara etiraz olaraq 40 gündür aclıq aksiyası keçirir. N.Sotude 2012-ci ildə insan hüquqlarını müdafiə etdiyinə görə Saxarov mükafatına layiq görülüb. Onun ölkəni tərk etməsi qadağan olunub. Mənbə: CNN.com

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Aynur Camal

İsveçin Baş naziri: Biz başlanğıcın sonundayıq

Teymur Əziz

Dəfn evində 115 çürümüş cəsəd tapıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu