İranda dərman çatışmazlığı dərinləşir: qiymətlər kəskin bahalaşır
Dünya

İranda dərman çatışmazlığı dərinləşir: qiymətlər kəskin bahalaşır

Bugun.tv xəbər verir ki, İranda ABŞ-ın sanksiyaları və dəniz blokadası fonunda dərman çatışmazlığı daha da dərinləşib.

“Al Jazeera”nın məlumatına görə, ölkə üzrə hazırda təxminən 800 dərman vasitəsi çatışmır. Onlardan 90-nın həyati əhəmiyyət daşıdığı bildirilir. İran Əczaçılar Assosiasiyasının nümayəndəsi çatışmazlığın həm xaricdən gətirilən, həm də ölkə daxilində istehsal olunan dərmanlara təsir etdiyini bildirib.

Məlumata görə, bəzi dərmanların qiyməti son bir ildə kəskin artıb. Qabapentinin qiymətinin 220 faiz, parasetamolun 375 faiz, amoksisillinin 285 faiz və flüoksetinin isə 100 faiz bahalaşdığı qeyd olunur. İnsulinin qiymətinin də əvvəlki illə müqayisədə bir neçə dəfə yüksəldiyi bildirilir.

İran uzun illər dərman istehsalında özünütəminatı artırmağa çalışsa da, müəyyən xammal, avadanlıq və xüsusi preparatlar üzrə xarici tədarükdən asılı qalır.

Alim və həkimlər dərman çatışmazlığının xüsusilə xroniki xəstəliyi olan insanlar, uşaqlar və digər həssas qruplar üçün təhlükəli nəticələr yarada biləcəyindən narahatdırlar.

Mənbə: Aljazeera

Aynur Camal

Oxşar xəbərlər

Euronews — “South Park”ın adı dəyişdirildi

Aynur Camal

Süni intellekt dərman hazırlanmasına kömək edəcək

Aynur Camal

Böyük Britaniyada 2 mindən çox uçuş ləğv edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu