İran Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasına İran əleyhinə qətnamə layihəsi təqdim edən Almaniya və Böyük Britaniyanın Tehrandakı nümayəndələrini Xarici İşlər Nazirliyinə çağırıb.
İran dövlət televiziyasının xəbərində Almaniyanın Tehrandakı səfiri və Böyük Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib.
Xəbərdə Xarici İşlər Nazirliyinin Qadın Məsələləri və İnsan Haqları Baş direktoru Furuzende Vedietinin İranın nazirliyə çağırılan avropalı diplomatlara etirazını çatdırdığı və “Bu ölkələrin İran xalqına zülm etmək üçün insan haqlarından sui-istifadə etməsini pislədiyi” bildirilib.
Vedietinin alman və ingilis diplomatlarına bu ölkələrin “insan haqlarını müdafiə edəcək vəziyyətdə olmadığını” xatırladaraq, Qəzzada soyqırım və müharibə cinayətləri törədən İsraili dəstəklədiklərini xatırlatdığı qeyd edilib.
Avropalı diplomatlar da İranın etirazlarını ölkələrinə çatdıracaqlarını bildiriblər.
Mənbə: Ahaber