İran tərəfindən həyata keçirilən raket hücumundan sonra İsraildə təhlükəsizlik siqnalları işə düşüb. Hadisə nəticəsində xüsusilə Tel Aviv başda olmaqla ölkənin bir sıra bölgələrində siqnallar səsləndirilib.
Məlumata görə, İranın təxminən 10 saatlıq fasilədən sonra həyata keçirdiyi raket hücumundan sonra İsrail ordusu hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqlayıb. Bildirilib ki, İran ərazisindən buraxılan raketlərə qarşı müdafiə sistemləri onları zərərsizləşdirməyə çalışıb.
İsrail ordusunun yaydığı açıqlamada təhlükə altında olan bölgələrdə yaşayan vətəndaşların mobil telefonlarına xəbərdarlıq mesajları göndərildiyi qeyd olunub. Vətəndaşlara növbəti rəsmi açıqlamaya qədər sığınacaqlarda qalmaları tövsiyə edilib.
Magen David Adom (İsrailin təcili tibbi yardım xidməti) isə bildirib ki, indiyə qədər raketin birbaşa düşməsi ilə bağlı hər hansı məlumat daxil olmayıb və zərbə qeydə alınmayıb.
İsrail mediasında yer alan xəbərlərə görə, İran tərəfindən atılan raketlərdən biri hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib, digəri isə Tel-Əviv istiqamətini keçərək dənizə düşüb.
Mənbə: Ensonhaber
