Digər

“Oruc tutanlar iftarı vaxtında açmalıdır”

Milli Məclisin deputatı Ceyhun Məmmədov Ramazan ayında iftarın vaxtında açılmasının əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb. Deputat bununla bağlı öz sosial media hesabında paylaşım edib.

Bugun.tv xəbər verir ki, deputatın sözlərinə görə, oruc zamanı tövsiyə edilən əməllərdən biri də iftarı vaxtında açmaqdır. O bildirib ki, ciddi üzrlü səbəb olmadan iftarı gecikdirmək İslam dinində bəyənilməyən davranışlardan hesab olunur.

Ceyhun Məmmədov qeyd edib ki, Məhəmməd Peyğəmbərin (s) hədisində də bu məsələ xüsusi vurğulanır. Hədisdə bildirilir: “İnsanlar iftarı tezləşdirdikcə xeyir içində olacaqlar”.

Deputat müsəlmanlara müraciət edərək iftarı gecikdirməməyə və vaxtında açmağa çağırıb: “Allah bütün oruc və duaları qəbul etsin, dövlətimizi, xalqımızı və birliyimizi qorusun, şəhidlərə rəhmət eləsin, yaralı qazilərə isə şəfa versin” – deyə yekunda qeyd edib.

Aynur Camal

Oxşar xəbərlər

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu