17 C
Baku
24 Aprel 2026, 17:39
Digər

İranın İncirlik bazasını vurmaq ehtimalı müzakirə olunur – SEPAH-la bağlı diqqətçəkən iddialar

İran Türkiyənin Adana şəhərində yerləşən NATO-nun İncirlik hərbi bazasını hədəfə ala biləcəyi ehtimalı ilə bağlı müzakirələr davam edir.

Bu barədə siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşım edib.

Bugun.tv xəbər verir ki, ekspertin sözlərinə görə, İranın hərbi strukturu olan SEPAH üçün demək olar ki, qırmızı xətt anlayışı yoxdur və İncirlik hərbi bazası potensial hədəflərdən biri hesab edilə bilər. O bildirib ki, sözügedən bazada ABŞ-a məxsus qırıcı təyyarələr yerləşir.

Paylaşımda qeyd olunur ki, ABŞ-ın Körfəz ölkələrində yerləşən bəzi hərbi bazalarından fərqli olaraq, NATO-nun İncirlik hərbi bazası yüksək səviyyədə qorunur. Bununla belə, İran bu bazaya zərbə endirməyə cəhd edərsə, NATO-ya üzv bir neçə ölkə İrana qarşı hərbi əməliyyatlarda iştirak edə bilər.

Ekspert həmçinin bildirib ki, İranda ali dini liderin seçilməsi prosesi ölkədəki real güc balansını dəyişməyəcək. Onun fikrincə, SEPAH ölkədə əsas hakimiyyəti öz əlində cəmləşdirib və ali dini lider daha çox rəmzi fiqur kimi qalır.

Paylaşımda o da qeyd olunur ki, SEPAH ağır zərbələr aldıqca Türkiyə və digər qonşu ölkələrə raket hücumlarının ehtimalı arta bilər.

Bununla yanaşı, SEPAH-ın Azərbaycanla bağlı mövqeyində qismən dəyişikliklərin olduğu iddia edilir. Bildirilir ki, Azərbaycanı hədəf almamaqla bağlı müəyyən vədlər verilib.

Aynur Camal

Oxşar xəbərlər

Dezodorant səhər yoxsa axşam vurulmalıdır? – Mütəxəssislər cavab verdi

Aynur Camal

ABŞ silah ehtiyatları ilə bağlı çətin seçim qarşısında — The New York Times

Aynur Camal

Ekspert: İsrailin SEPAH rəhbərliyinə qarşı yeni əməliyyatları mümkündür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu