İranın Kirman şəhərində törədilən partlayışlar nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb. Hadisə nəticəsində daha 170 nəfər yaralanıb.
16:57
İranın Kirman şəhərində general Qasım Süleymaninin anım mərasiminin keçirildiyi qəbiristanlığın yaxınlığında törədilən partlayışlar nəticəsində azı 20 nəfər ölüb.
Bugun.tv İRNA agentliyinə istinadla xəbər verir ki, bu barədə Kirman Təcili Tibbi Yardım Mərkəzinin rəhbəri Əmin Səbri bildirib.
Agentlik Sabridən bu sitatı gətirib: “İki partlayış nəticəsində ən azı 20 nəfər həlak olub”.
Qeyd edək ki, əvvəlcə Kirmanda bir partlayışın baş verdiyi, nəticədə 15 nəfərin yaralandığını bildirilmişdi. İran hakimiyyəti hələlik partlayışın səbəbini açıqlamayıb.