25 C
Baku
27 İyul 2024, 5:06
Dünya

İranın Rusiyadan iddiası diqqət çəkdi: İşlər dayandırıldı

İranın Rusiyanın iddiası diqqət çəkib. Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirib ki, Rusiya və İran arasında hərtərəfli saziş üzərində iş dayandırılıb.

Rusiya lideri Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov diqqətçəkən açıqlama verib.

Kabulov bildirib ki, Rusiya ilə İran arasında hərtərəfli saziş üzərində iş dayandırılıb.

“Bu ilin əvvəlində biz İrandan alınan son dəyişiklikləri (sazişin mətni ilə bağlı) nəzərə alaraq əks təkliflər vermişik”, – Kabulov deyib. Digər tərəfdən, İran administrasiyası hazırda prezident seçkilərinə hazırlıqla məşğul olduğundan, bu məsələnin onların qarşısına çıxacağını gözləyirik”.

İranın Moskvadakı səfiri Kazım Celali müqavilənin dayandırılması xəbərinin əsassız olduğunu və Rusiya rəsmisinin açıqlamasının tərcümə xətası ilə bağlı olduğunu bildirib.

Mənbə: TGRT

Sevinc Sadıqova

Oxşar xəbərlər

Ərdoğan: “Türkiyə heç bir silahlı münaqişədə tərəf tutmayacaq”

Nigar Məmmədova

Tarixin yanlış tərəfində olan bir firon…

Aynur Camal

Üsyançılar hücuma keçdi, dinc sakinlər öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu