Bugun.tv xəbər verir ki, İranın müharibəyə son qoymaq və Hörmüz boğazını yenidən açmaqla bağlı son təklifinə ABŞ prezidenti Donald Tramp mənfi münasibət bildirib.
“Al Jazeera” yazır ki, İran yeddi günlük plan çərçivəsində ABŞ-ın dəniz blokadasını dayandırmasını, İrana qarşı neft sanksiyalarının yumşaldılmasını, dondurulmuş vəsaitlərin bir hissəsinin sərbəst buraxılmasını və daha geniş regional atəşkəsin təmin edilməsini təklif edib.
Bunun müqabilində Tehran Hörmüz boğazının yenidən açılmasına və ABŞ-la daha geniş razılaşma üzrə danışıqlara başlamağa hazır olduğunu bildirib.
İran xarici işlər naziri Abbas Əraqçi vasitəçilər üzərindən Vaşinqtonla diplomatik əlaqələrin davam etdiyini açıqlayıb. Qətərin də tərəflər arasında vasitəçilik səylərində rol aldığı bildirilir.
Hörmüz boğazı ətrafındakı vəziyyət dünya enerji bazarları üçün də əhəmiyyət daşıyır. Bölgədə gərginliyin uzanması neft və qaz daşımalarına təsir göstərməkdə davam edir.
Mənbə: Al Jazeera
