İraq, Səddam Hüseyn, Boeing 747, Iraqi Airways, təyyarə satışı, Tunis, aviasiya tarixi, hərrac
Dünya

İraq Səddam Hüseynin hökumətinə xidmət etmiş təyyarəni satışa çıxardı

İraqın Nəqliyyat Nazirliyi dövlət aviaşirkəti “Iraqi Airways”ə məxsus iki “Boeing 747” təyyarəsini satışa çıxarıb. Təyyarələrdən biri vaxtilə keçmiş prezident Səddam Hüseynin rəhbərlik etdiyi İraq hökumətinə xidmət edib. Hər iki təyyarənin ilkin satış qiyməti 900 min dollar müəyyənləşdirilib.

Bugun.tv xəbər verir ki, nazirliyin noyabrın 18-də elan etdiyi satışa 1982-ci ildə istehsal olunmuş “Boeing 747-200” və “Boeing 747SP” modelləri daxildir. Təyyarələr 1991-ci ildən bəri Tunisdə saxlanılır və həmin vaxtdan İraqa qaytarılmayıb.

Məlumata görə, 1990-cı ilin avqustunda İraqın Küveytə müdaxiləsindən sonra ölkə hakimiyyəti beynəlxalq koalisiyanın mümkün hava zərbələrindən qorunmaq məqsədilə təyyarələri xaricə göndərib. “Boeing 747SP” həmin il deyil, 1991-ci il yanvarın 1-dən Tunisin Tozeur-Nefta hava limanında saxlanılır.

Alıcı bütün əlavə xərcləri özü ödəyəcək

Hər iki təyyarənin ümumi satış qiyməti 1,8 milyon dollardır. Hərracda iştirak etmək istəyənlər hər təyyarə üçün 180 min dollar, yəni qiymətləndirilmiş dəyərin 20 faizi həcmində maliyyə təminatı təqdim etməlidirlər. Qalib alıcı əlavə olaraq alış qiymətinin 2 faizi məbləğində xidmət haqqı ödəyəcək.

Satıcı texniki vəziyyətlə bağlı zəmanət vermir. Təyyarələr olduğu yerdə və mövcud vəziyyətdə təhvil veriləcək. Mülkiyyətin rəsmiləşdirilməsi, gömrük prosedurları, daşınma və dayanacaq xərcləri isə alıcının üzərinə düşəcək.

Mənbə: Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Süni intellekt dəstəkli kamikadze dronlarını sınaqdan keçirildi

Aynur Camal

Çində dövlət sirlərini xarici ölkəyə ötürən keçmiş məmur ölüm cəzasına məhkum edildi

Aynur Camal

Cənubi Koreyada Rusiya hərbi təyyarələrinə görə adada təxliyə xəbərdarlığı verilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu