Bugun.tv xəbər verir ki, İraq Milli Təhlükəsizlik üzrə müşaviri Qasim Ərəci yeni Suriyaya böyük hörmət və səmimi iradə ilə yanaşdıqlarını, Suriya Prezidenti Əhməd Şəra ilə heç bir problemlərinin olmadığını bildirib.
İraq Milli Təhlükəsizlik üzrə müşaviri Qasim Ərəci verdiyi müsahibədə Suriya ilə münasibətlər və Suriya Prezidenti Əhməd Şəra ilə bağlı suala cavab verib.
“Suriyanın Ərəb Respublikası Prezidenti Şəra ilə bağlı heç bir problemimiz yoxdur” deyən Ərəci bildirib ki, “Şəra ABŞ qüvvələri tərəfindən İraqda saxlanılmışdı və daha sonra rəsmi prosedurlara uyğun şəkildə azad edildi. Mən və Şəra ABŞ qüvvələri tərəfindən eyni dövrdə saxlanılmışdıq”.
“Səmimi və içdən iradə ilə yanaşırıq”
Yeni Suriyaya münasibətlərinin müsbət olduğunu vurğulayan Ərəci bildirib:
“Yeni Suriyaya müsbət baxışla, böyük hörmət və səmimi, içdən gələn iradə ilə yanaşırıq. Onlar da bizə eyni şəkildə qarşılıq verirlər”.
Mənbə: EnSonHaber
