25 C
Baku
27 İyul 2024, 5:02
Dünya

İrlandiya Fələstin dövlətini tanıyan ölkələrə qoşulur

Norveç və İspaniyanın ardınca İrlandiya da Fələstini dövlət olaraq tanıdığını açıqlayıb.

İsrailin hücumu altında olan Qəzzaya bombalar yağarkən, Tel-Əviv rəhbərliyinə qarşı addımlar bir-birinin ardınca gəldi. İspaniya və Norveçin ardınca bir müddət əvvəl Fələstini tanıyacağını açıqlayan İrlandiya da Fələstini dövlət olaraq rəsmən tanıdıqlarını açıqlayıb.

FƏLƏSTİNƏ SƏFİR TƏYİN OLACAQ

İrlandiya baş nazirinin müavini, xarici işlər və müdafiə naziri Micheal Martin yazılı açıqlama verərək ölkəsinin Fələstin dövlətini rəsmən tanıdığını açıqlayıb.

Martin İrlandiya hökumətinin qərarının Fələstin dövləti ilə tam diplomatik əlaqələrin qurulmasına icazə verdiyini ifadə edərək, “Fələstin rəhbərliyinin rəsmi tələbindən asılı olaraq İrlandiya hökuməti Fələstin missiyasının İrlandiyadakı statusunu səfirliyə yüksəldəcək və Fələstin dövlətindən İrlandiyaya səfir təyin edəcək” deyə bildirib.

Bu qərarın İrlandiyanın Ramallahdakı hazırkı nümayəndəliyinin səfirliyə çevrilməsinə də icazə verdiyini qeyd edən Martin, “Fələstinin tanınması bir prosesin sonu deyil, başlanğıcıdır. Biz sülh axtarışına və dəstəkləməyə dərindən sadiqik” deyib.

Martin vurğulayıb ki, ölkəsi bu öhdəliyi onilliklər boyu davam edən gərgin diplomatiya və uzunmüddətli inkişaf əməkdaşlıq proqramı vasitəsilə təsdiqləyib.

İRLANDADAN FƏLƏSTİNƏ ZƏNG

Fələstin rəhbərliyinin islahat və xidmət göstərmə səylərində beynəlxalq ictimaiyyətin tam dəstəyini almasının həyati əhəmiyyət daşıdığını vurğulayan Martin, bu məqsədlə irəli sürülən səyləri artıracaqlarını bildirdi.

İrlandiya Naziri Martin Fələstinin Baş Naziri Məhəmməd Mustafa ilə qarşıdan gələn proseslə bağlı mühüm görüşlər keçirdiyini, həmçinin sülhə nail olmaq üçün mənalı bir yol olaraq Ərəb Sülh Baxışı ilə bağlı avropalı və ərəb tərəfdaşları ilə əlaqə saxladığını bildirib.

Martin deyib: “İrlandiya bu dəhşətli münaqişəni və humanitar fəlakəti dayandıra biləcək siyasi yol yaratmaq, bütün əsirlərin azad edilməsini təmin etmək və dövlətin suverenliyi vizyonunu həyata keçirmək üçün Fələstin Muxtariyyəti, Aİ və beynəlxalq tərəfdaşlarımızla sıx işləməyə davam edəcək” deyib.

Norveç Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, xarici işlər naziri Espen Barth Eide ölkəsinin Fələstin dövlətini rəsmən tanıdığı bu “xüsusi günü” Norveç-Fələstin münasibətlərində dönüş nöqtəsi kimi xarakterizə edib.

İsrailin iki dövlətli həlllə bağlı “konstruktiv öhdəlik” olmamasını tənqid edən Eide, ölkəsinin “30 ildən artıqdır ki, Fələstin dövlətinin ən güclü müdafiəçilərindən biri” olduğunu vurğulayıb.

İspaniyanın Baş naziri Pedro Sançez, “İspaniya paytaxtı Şərqi Qüds olan, Qəzza zolağı və İordan çayının qərb sahilini əhatə edən Fələstin dövlətini tanıyır. Bütün tərəflər tərəfindən qəbul edilmədikcə, 1967-ci il sərhədlərində heç bir dəyişikliyi tanımayacağıq” deyib.

Bu qərarın Yaxın Şərqdə iki dövlətli həll üçün əhəmiyyətli bir addım olduğunu vurğulayan Sançes, “İki dövlətin yan-yana sülh və təhlükəsizlik içində yaşaması arzusunu yaşatmalıyıq” deyib.

İspaniyanın Ukraynada olduğu kimi Fələstində də “beynəlxalq insan hüquqlarına hörmət və beynəlxalq hüquqa riayət edilməsini” müdafiə etdiyini qeyd edən Sançez ölkəsinin hər zaman BMT-nin İnsan Haqları Konvensiyasını müdafiə edəcəyini vurğulayıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

“Qəzzaya hücumlar dərhal dayandırılmalıdır”

Aynur Camal

Şahzadə Salmandan ‘Neom layihəsi’ üçün qalmaqallı əmr: Öz vətəndaşlarını güllələyəcək

Aynur Camal

Kann Film Festivalı ilə bağlı qadağa qoyuldu

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu