Digər

İslamdan müqəddəslik almış dövrünün müasir qadınları

Xalqımızın formalaşmağa başladığı dövrlərdən etibarən qadın məsələsi ən çox düşünülən məsələlərdən biri olmuşdur. Əsasən XX əsrin əvvəllərində Cümhuriyyətimiz yarandığı dövrlərdən etibarən qadın haqları hər məsələdə başlıca problem olaraq qoyulub. Dini fanatizm dərəcəsində  yaşayan kəslərin qarşısını almaqda ziyalı qadınlarımızın savaşlarından biridir.  Cümhuriyyətimizin ziyalıları hər zaman səsləndiriblər ki, qadın bir şəxsiyyət kimi azad olmayana qədər bu cəmiyyətin problemləri həll olunmaz qalacaqdır. Cəmiyyətin gələcəyini aydınladacaq olan qadınlar öz haqları uğrunda hərdaim mübarizələr aparıb. Onların qətiyyətli duruşu, azadlıq uğrundan savaşları bütün xalqı qarşısında baş əydirmişdir. Cəmiyyətin qadını azad və elmlidirsə onun gələcəyi də güclü və sağlam qalacaqdır.

Qəzetlərdə millət qadınını oyatmaq

Hələ XX əsrin əvvələrində millət qadınını oyatmaq üçün çox çabalar göstərilib. Bunların ən böyük örnəyinə Qəzetlərdə çap edilmiş qadın azadlığına aid əsərlər, hekayələr aiddir. Hələ 1903-cü ildə Tiflisdı çap edilmayı başlayan “Şərqi-rus” qəzetində bu probləmlər ən kiçik incəliyi ilə qaldırılmağa başlanmışdır Hekayələrində cəmiyyətin içindən mesajlar verərək qadını azadlığa, öz hüquqlarını müdafiəyə səsləyən ziyalılarımız bu problemlərlə mübarizə aparmışdır. Dinimizdən buyana gələn müqəddəs qadın adını cahil mollaların əlinə verməmək üçün çox mubarizələr, savaşlar gedib. Qadının müqəddəsliyi hər bir şəxsin anasına, öz ailəsinə olan hörmətindən vüsət alır.

məqalə
Qızlar məktəbi

Bakıda ilk qız məktəbi

XX əsrin ilk illərində Azərbaycan qadınlarının təhsil almaq imkanının məhdudluğuna qarşı atılmış mühüm addımlardan biri H.Z.Tağıyevin 1901-ci ilin oktyabr ayında Bakı Qız Məktəbini təsis etməsi oldu. Məktəbin təntənəli açılışı günü – 1901-ci il oktyabrın 7-de “Kaspi” qəzeti Qafqaz (Zaqafqaziya) müsəlmanlarının Şeyxülislamı Axund Əbdüssəlam Axundzadənin xeyir-duasını da dərc etmişdi. O. Məhəmməd  peyğəmbərin “elm öyrənmək həm müsəlman kişiyə, həm də müsəlman qadınına vacibdır sözlərini xüsusi vurğulamış, İslamın tarixindan, həkim alim kimi şöhrət tapmış müsəlman qadınlarının həyatından misallar və sitatlar gətirmiş və demişdi: “Bu tarixi sitatlardan məqsədim budur ki, nə din, nə şəriət təhsil və tərbiyə sahəsində qadınların hüquqlarını məhdudlaşdırmır. Belə olsaydı, İslamda bu qədər şöhrətli müsəlman qadını yetişməzdi. Əgər bu vaxta qədər Zaqafqaziyada qızlara təhsil verilməyibsə, bunun səbəbi təkcə məktəbin yoxluğu deyil, həm də kök atmış ziyanlı adətlərdir.”

Qadınının yolunu aydınlatan “İŞIQ”

İşıq qəzeti Azərbaycanın ilk qadın qəzetidir. Bu möhtəşəm çağırış qəzetinin ilk nömrəsinin çıxışıa 1911-ci il yanvarın 22-nə təsadüf etmişdir. 1912-ci ilədək 68 nömrəsi işıq üzü görən bu qəzetində naşiri Xədicə xanım Əlibəyova kimi ideal şəxslərdən olan maarifçimız olmuşdur. Bu qəzet artıq oyanmaqda olan qadının səsi idi. XX əsrin əvvəllərində hər bir fəal qadının azadlıq çağırışları var idi. Artıq bu səslərin mənası müqəddəs qadının cəmiyyətdə ictimai qüvvəyə çevrilmə addımlarıydı. Qəzet çıxmağa başladığı günlərdən etibarən Xədicə xanım ziyalı qadınlarınızı ətrafına toplayıb cəmiyyəti cəhalət xülyasından oyatmağa səy göstəriblər. Onlar bu ilk səyləri neçə-neçə qadının gözünü açıb bizim günümüzə qədər işıq saçmışdır. Və XX əsrin əvvəllərindən başlayan bu mübarizələr cavabsız qalmamışdır.

Addımlayır Cümhuriyyət qadınları

Tarixinə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyası qərarların verilməsində fəal iştirak etmişdir. Bununla belə, ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsı olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu almış oldu.

Cümhuriyyətin hələ ilk yarandığı illərə nəzər salsaq görərik ki, hərdaim burada qədim türkçülük dəyərləri nəzdində qadınların hüquqları uğrunda mübarizələr getmişdir. Əks cinsin nümayəndələrinin zərif cinslə bağlı olan tabulaşmış düşüncələri bunun qarşısında ən böyük maneə idi.

Hələ 1918-ci il qurultayında M.Ə.Rəsulzadə müsəlman qadınının azad edilməsini müsəlman xalqlarının milli-azadlıq mübarizəsinin ən mühüm məsələlərindən biri kimi qiymətləndirdi. M.Ə Rəsulzadə deyirdi: “Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır” 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk şanlı ölkə olduq. Şərqin maarifə addımlayan səsi öz qadınını bu günlərə gətirmək üçün baş qaldırdı.

Müsəlman dünyasında ilk dəfə qadına seçib seçilmək hüququ verildi. Bu addımla nəinki, Azərbaycanda, hətta Avropanın beşiyi sayılan bir çox ölkədən əvvəl qadının qanunu dünyaya gəldi. Beləliklə, 1918-ci il dekabrın 8-də işə başlayan Azərbaycan parlament seçkilərdə də azərbaycanlı qadınlar iştirak etmişdir. Azərbaycanlı qadınların seçki hüquqlarının möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım bu hüquqların Azərbaycan Xalq Cümhuriyyətinin Müəssislər Məclisina seçkilər haqqında Əsasnamədə təsbiti oldu. Bu dövrdə elmi publisistik və bədii yaradıcılıqla məşğul olan Ş Əfəndizadə, Ş.Qaspralı, Ş Axundzadə, E Yusifbəyli, Ü Sadıqzadə kimi qadın ziyalıların məqalələrində, əsərlərində dövrün ictimai-siyasi. millimənəvi problemləri öz dolğun ifadəsini tapmışdır. Bu ifadələrlə öz yolunu bəlirləyib düzgün təhsili almaq bizlərin borcudur.

Tanınmış ziyalı
Məryəm Bayraməlibəyova

Məryəm Bayraməlibəyova

Məryəm xanım Teymur bəy qızı Bayraməlibəyova. Azərbaycanlı pedaqoq, ilk qadın xeyriyyə cəmiətinin yaradıcısıdır.  Lənkəranda qız məktəbinin şagirdi Azərbaycanın ilk qadın opera müəğənnisinin sözlərinə görə, Məryəm xanım insanları maarifə cəlb etmək üçün  şagirdlərini gələcək həyat yolunda addımlamağa hazırlayırdı. Dərslərində kiçik səhnəciklər verən Məryəm xanım qızların beyinlərinə qadının önəminin toxumlarını əkirdi. Beləliklə ilk Qadın Xeyriyyə Cəmiətinin qurulmasının səbəbləri yavaşdan vüsət almağa başlayır. Məktəbdə təhsil alan qızların geyinməyə ayaqqabıları olmamas,  onların maarif yolunda qələm, dəftərə olan ehtiyacı xeyriyyə cəmiətnin qurulması ilə ödənməyə başlayır. Bu təkliflərdən razı qalan cəmiyyət isə gələcəyin işıqlarını təhsilə yönləndirməyə başlayır. Aprel işğalından sonrada pedoqoji fəaliyyətini davam etdirən Bayraməlibəyova savadsızlığın ləğvi uğrundan ilk qadın kurslarını (1920-1921) təşkil etməyə başlayıb. bütün qəzada qadın müəllim kimi siyasi maarif yolunda insanları bilikləndirməyə davam etmişdir. Məryəm xanım Bayraməlibəyova 1922-ci ildə həbs olunmuş. Bakıdan kənara çıxmamaq barədə iltizam verildikdən sonra isə sərbəst buraxılmışdır. Ömrünün sonlarına kimi müəllimlik işığını yaymağa davam etmişdir.

Dövlətinin gələcəyi uğrunda öz həyatını fəda etmiş yüzlərlə maarifçi xanımın adını çəkmək olar. Lakin onların başlatdıqları bu azadlıq savaşını davam etdirmək bizlərin səyləri ilə tərənnüm tapacaqdır.

Hazırladı: Ləman Təhməz

BDU JK-065A

 

Bugün TV

Oxşar xəbərlər

Reza Deqatinin Xocalı soyqırımı haqqında yeni saytı istifadəyə verilib

Nigar Məmmədova

Hamilə və azyaşlı uşağı olan məhkumlara hansı güzəştlər var?

Bugün TV

Sümüklərə sitayiş edən kişi evində insan kəllələrindən anbar tikdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu