25 C
Baku
27 İyul 2024, 6:56
Dünya

İsrail əsgərləri Cenindən geri çəkildi

İsrail əsgərləri Cenindən geri çəkildi, tanklar Rəfahın mərkəzinə yerləşdirildi!

İsrail rəsmi qurudan hücuma keçməsə də, Rəfahda tanklarla irəliləməyə davam edir. Ordu bu yaxınlarda 5-ci gücləndirici hərbi hissəni göndərdi. Tanklar şəhərin mərkəzinə yerləşdirilib.  İşğal altındakı İordan çayının qərb sahilində İsrail əsgərləri Cenin Qaçqınlar Düşərgəsindən tamamilə geri çəkilib.

İsrail ordusunun yüz minlərlə fələstinlinin sığındığı Rəfaha hücumları davam edir. İsrailin baş naziri Benyamin Netanyahu rəsmi olaraq əməliyyata başlamasa da, şəhəri havadan və qurudan bombalamağa davam edir. Rəfahın şərqində İsrail tankları Yibna məhəlləsi ətrafında yerləşdirilib.

HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları İsrail ordusunun Rəfahdakı irəliləyişini dayandırmaq üçün hərəkətə keçib. Qəssam Briqadaları İsrailin iki zirehli avtomobilini tank əleyhinə raketlərlə vurduqlarını açıqlayıb.

“The Times Of Israel”in yazdığına görə, İsrail ordusu may ayının əvvəlindən Rəfahda olan 162-ci diviziyaya qoşulmaq üçün “Nahal” briqadasını Rəfah şəhərinə göndərib.

Givati ​​Briqadası, 401-ci Briqada, Komando və Negev birliklərindən sonra Nahal Briqadası Rəfahdakı quru hücumlarında iştirak edən 5-ci hərbi hissə oldu.

İsrail ordusundan verilən açıqlamada, hücumların Rafah şəhərinin Braziliya və Əl-Şəbura məhəllələrində həyata keçirildiyi bildirilib.

Şahidlər İsrail ordusunun Qəzza zolağının cənubundakı Filadelfiya dəhlizində (Qəzza ilə Misir arasındakı sərhəd) Rəfah şəhərinin qərbində quru hücumlarını genişləndirdiyini bildiriblər.

Şahidlər İsrail hərbi maşınlarının Filadelfiya dəhlizində, Rəfah şəhərinin Misir sərhədinə paralel məhəllələrində irəlilədiyini bildiriblər.

İSRAİL ƏSGƏRLƏRİ CENNDƏN ÇƏKİLDİ

İsrail ordusu iki günlük hərbi hücumlardan sonra işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərindən və Cenin Qaçqınlar Düşərgəsindən geri çəkilib.

Hadisə şahidləri İsrail ordusunun geri çəkilməsindən sonra yüzlərlə fələstinlinin Cenin Qaçqınlar Düşərgəsindəki evlərinə və mülklərinə qayıtmağa başladığını bildirib.

Fələstin Səhiyyə Nazirliyindən dünən verilən yazılı açıqlamada, İsrail ordusunun mayın 21-də Ceninə başlatdığı hücumlarda ölən fələstinlilərin sayının 11-ə yüksəldiyi açıqlanıb.

İsrail ordusunun mayın 7-də sərhəd qapısının Qəzza tərəfini ələ keçirərək qurudan hücuma keçdiyi Rəfahla bağlı Amerika və İsrail rəsmilərinin yeni qərarla bağlı fikir birliyinə gəldiyi iddia edilib.

ABŞ başda olmaqla beynəlxalq ictimaiyyətin Rəfəha qurudan hücumun Qəzzada humanitar fəlakətləri daha da dərinləşdirəcəyi ilə bağlı xəbərdar etdiyi İsrailin planlaşdırdığı “hərtərəfli quru hücumundan” imtina etdiyi bildirilib.

İsraillə “Amerikalı səlahiyyətlilərin daha az mülki itkiyə səbəb olacağını düşündüyü daha məhdud hücum planı” mövzusunda razılaşma əldə edildiyi iddia edilən məqalədə ABŞ prezidenti Co Baydenin bu plana “qarşı çıxmayacağı” irəli sürülüb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İndoneziyada daşqın və torpaq sürüşməsi: 15 nəfər ölüb

Aynur Camal

Naviqasiya-taktiki ballistik raket atıldı: Bir-birinin ardınca bəyanatlar gəldi

Aynur Camal

Bella Hadidin Fransız lüks moda markası üçün eksklüziv pozaları

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu