Baş xəbərDünya

İsrail əsgərləri Qəzzanın şimalındakı Beyt Hanundan geri çəkilir

Bugun.tv xəbər verir ki, Şahidlərdən alınan məlumata görə, Beyt Hanunda çoxlu evi dağıdan, əkinçilik sahələrinə ziyan vuran və qaçqın mərkəzlərindən insanları həbs edən İsrail əsgərləri bölgədən geri çəkilib.

Beyt Hanundan çıxa bilən fələstinlilər AA müxbirinə bildiriblər ki, İsrail əsgərləri qəsəbədə fələstinliləri saxlayıb, qadınlara hücum edib və sığınacaq mərkəzlərində insanlara atəş açıblar.

İsrail əsgərləri dünən Beyt Hanuna daxil olaraq köçkün fələstinlilərin sığındığı məktəbi mühasirəyə alıblar. Bildirilib ki, əsgərlər məktəbdəki bütün oğlanlardan bir-bir bayıra çıxıb soyunmağı xahiş ediblər.

İsrail əsgərlərinin Beyt Hanunda “Mehdiye əl-Şeva” məktəbinin arxasında istintaq mərkəzi quraraq orada saxladıqları şəxsləri sorğu-sual etdiyi bildirilib.

Qeyd edilib ki, əsgərlər həmçinin qadınları “silah gücü ilə” sığınacaqları tərk etməyə və Beyt Hanun qəsəbəsindən çıxmağa məcbur ediblər.

Mənbə: TRT Haber

İntizar Əmirova

Oxşar xəbərlər

Böyük kruiz gəmiləri üçün viza azadlığı verildi

Kəmalə Sultan

Mikroavtobus baryerlərə çırpıldı: 2 ölü, 8 yaralı

Nigar Məmmədova

Ceki Çanın qayıdışı yalnız CinemaPlus-da! – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu