Qatil İsrail ordusu Xan Yunus şəhərinin Hamed bölgəsindəki çadıra bombalı hücum həyata keçirib. Fələstinlilərin qaldığı çadırda 6 günahsız dinc sakin həyatını itirib, çoxlu uşaq isə yaralanıb.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail döyüş təyyarələri Qəzzanın cənubundakı Xan Yunus şəhərinin qərbindəki Hamed bölgəsində məcburi köçkün fələstinlilərin məskunlaşdığı çadırı bombalayıb. İsrailin hücumu nəticəsində 6 fələstinli həlak olub, çoxu uşaq olmaqla çoxlu sayda yaralı var.
İsrail ordusunun Qəzza zolağının şimalındakı Beyt Lahiyadakı “Alyan” ailəsinin evini bombalaması nəticəsində biri uşaq olmaqla 3 fələstinli ölüb, 10 nəfər yaralanıb.
Hücum İsrail ordusunun Qəzzanın şimalından fələstinlilərin məcburi köçkünləri üçün “evakuasiya əmri” verməsindən qısa müddət sonra baş verib.
İsrail ordusu fələstinlilərin Qəzzanın şimalından məcburi köçürülməsi üçün verdiyi “evakuasiya əmri”ni Qəzza zolağının bütün şimal hissəsini əhatə edəcək şəkildə genişləndirib.
Ordu sözçüsü Aviçay Adraee əvvəllər Beyt Lahiya və Beyt Hanun üçün verdiyi hücum öncəsi xəbərdarlığa Jibaliyanı da əlavə etmişdi. İsrail ordusu, 7 oktyabr 2023-cü ildə başlayan və 19 yanvar 2025-ci il atəşkəsə qədər davam edən hücumları zamanı fələstinlilərin Qəzzə daxilində köç etmələri üçün təlimatların yer aldığı xəritələr də yayımladı. BMT-nin paylaşdığı rəqəmlərə görə, Qəzzada olan təxminən 2,3 milyon fələstinlinin 90 faizi İsrailin silahlı hücumları nəticəsində ən azı bir dəfə məcburi köçkün vəziyyətinə düşüb.
İsrail ordusu yanvarın 19-da razılaşdırılmış atəşkəsi pozaraq martın 18-i səhər saatlarında Qəzza zolağına yenidən şiddətli hücumlara başlayıb.
Mənbə: Ahaber