15 C
Baku
25 Aprel 2026, 12:26
Digər

İsrail həbsxanalarında fələstinli məhbusların kameralarına eyni vaxtda reyd keçirilib

İsrail qüvvələri həbsxanalarda saxlanılan fələstinli məhbusların kameralarına eyni vaxtda reyd keçirib. Bu barədə Fələstinli Əsirlər Media Ofisi məlumat yayıb.

Bildirilib ki, İsrail Həbsxana İdarəsinə bağlı qüvvələr müxtəlif həbsxanalarda fələstinli məhbusların yerləşdiyi kameralara eyni anda daxil olub. Reyd zamanı dəyənəklərdən, səs bombalarından və bibər qazından istifadə edildiyi qeyd olunub.

Məlumata görə, əməliyyat zamanı bəzi məhbuslar xəsarət alıb və onların bir qismi xəstəxanaya aparılıb. Yaralananların dəqiq sayı isə açıqlanmayıb.

Açıqlamada Ramazan ayında məhbusların hədəf alınmasına etiraz bildirilib və onların təhlükəsizliyinə görə İsrailin tam məsuliyyət daşıdığı vurğulanıb. Eyni zamanda beynəlxalq təşkilatlara baş verən pozuntuların dayandırılması üçün təcili addımlar atmağa çağırış edilib.

Digər tərəfdən, HƏMAS tərəfindən yayılan bəyanatda isə bu əməliyyatın fələstinli məhbuslara qarşı yeni hərbi cinayət olduğu bildirilib. Qeyd olunub ki, İsrail həbsxanalarında baş verənlər məhbusların iradəsini qırmağa yönəlmiş sistemli siyasətin tərkib hissəsidir.

Mənbə: En.Haber

Aynur Camal

Oxşar xəbərlər

Endokrinoloq: Qəhvə yuxusuzluğun bəzi təsirlərini qismən azalda bilər

Aynur Camal

Putin 1915 hadisələri ilə bağlı “soyqırım” ifadəsini işlədib

Aynur Camal

Hərbi ekspert: İran ABŞ-ın təyyarədaşıyan gəmilərini məhv edə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu