7 C
Baku
23 Dekabr 2024, 12:25
Dünya

İsrail İranın qisas hücumuna qarşı hazırdır!

 Netanyahunun gizlənəcəyi sığınacaq hazırdır

İranın təhdidləri İsraili sərt tədbirlər görməyə vadar edib. Baş nazir Binyamin Netanyahu üçün Yerusəlimdə yeraltı sığınacaq işə salınıb. İsrailin daxili məxfi xidməti Şin Bet mümkün cavab hücumuna hazırlaşır.

İranın paytaxtı Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra İsrailə qarşı təhdidlər artıb. İsrail Haniyənin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürməsə də, bütün oxlar Təl-Əvivdədir. İran qisas bayrağını asıb və İsrailin “sərt və amansız” cavab alacağını bəyan edib.

NETANYAHUNUN GİZLƏNƏCƏYİ Sığınacaq

İsrailin daxili məxfi xidməti Şin Bet İran və Hizbullahın mümkün hücumlarına qarşı ehtiyat tədbirləri görməyə başlayıb. Yerusəlimdəki yeraltı bunker baş nazir Benyamin Netanyahu və digər yüksək vəzifəli şəxslər üçün hazır vəziyyətə gətirilib. Komanda və idarəetmə mərkəzlərinin olduğu sığınacaq ciddi İran təhlükəsi zamanı istifadə olunacaq. Bildirilib ki, 20 il əvvəl tikilən sığınacaq İran silahlarının zərbələrinə davamlıdır, komanda və idarəetmə mərkəzlərinə malikdir və Müdafiə Nazirliyinin Təl-Əvivdəki qərargahına bağlıdır.

Sığınacağın YERİ GİZLİ SAXLANILIR

Mümkün cavab hücumunda sığınacaq istifadə edilərsə, bu, oktyabrın 7-dən bəri bir ilk olacaq. Milli İdarəetmə Mərkəzi kimi tanınan sığınacaq 10 aydır istifadə olunmur.

Sığınacağın yeri və ya neçə metr dərinliyində olduğu bilinmir. “Times of Israel” qəzetinin yazdığına görə, yüzlərlə insan tutumuna malik olan sığınacaq, lazım gələrsə, mülki vətəndaşların müdafiəsi üçün də istifadə oluna bilər.

HƏMAS LİDERİ İSMAİL HANİYƏNİN ÖLDÜRÜLMƏSİ

HƏMAS lideri İsmayıl Haniyə İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehranda olub.

İran İnqilab Keşikçiləri Korpusu bu gün səhər saatlarında verdiyi açıqlamada Haniyənin Tehrandakı iqamətgahına hücum edildiyini açıqlayıb. İran və HƏMAS Hərəkatı sui-qəsddə İsraili günahlandırsa da, İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməkdən çəkinib.

Mənbə:  TGRT

Aynur Camal

Oxşar xəbərlər

“Türkiyənin müdafiə sənayesi hazırda dünyada böyük bir markadır”

Kəmalə Sultan

Bu ölkə “Yaogan-39” hərbi kəşfiyyat peyklərini orbitə buraxdı

Bugün TV

Beyrək Hüseynov yenidən mükafata layiq görüldü

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu