Dünya

Prezidenti Maduro WhatsApp-ı silib

Venesuela prezidenti Nikolas Maduro tərəfdarlarından WhatsApp-ı telefonlarından silmələrini istəyib.

Venesuela prezidenti Nikolas Maduro aktiv istifadə olunan sosial media ilə bağlı yeni qərarlar verməyə başlayıb.

Daha əvvəl TikTok və İnstaqramın “nifrət” yaydığını deyən Maduro qatıldığı canlı yayım zamanı qəfildən WhatsApp-ı silmək qərarı verib.

Venesuela prezidenti Maduro da tərəfdarlarından WhatsApp-ı tez bir zamanda telefonlarından silmələrini istəyib.

“CƏMİYYƏTİ TƏHLÜKƏ EDİR”

Maduro, tətbiqin bəzi qruplar tərəfindən zorakılıq yaymaq və hərbi personalı, polisi və icma liderlərini təhdid etmək üçün istifadə edildiyini bildirib.

TELEGRAMA KEÇİLDİ

Mitinqdə çıxış edən Maduro WhatsApp-dan “könüllü və tədricən” çıxmağa çağırıb və Telegram və WeChat-a keçdiyini bildirib.

PREZİDENT ƏRDOĞANDAN BİP VƏ TELEGRAM QƏRARI

Prezident Rəcəb Tayyib Ərdoğan da Maduro kimi dünyaca məşhur mesajlaşma tətbiqi WhatsApp-ın məxfilik prinsipləri ilə bağlı verilən qərarlardan sonra BiP və Telegram rabitə tətbiqlərinə keçdiyini açıqlayıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Putin Rumıniyada yaşayış binasına düşən PUA ilə bağlı iddialara münasibət bildirdi

Aynur Camal

Rusiya Ermənistanın məşhur mineral su markasını qadağan etdi

Aynur Camal

Ukrayna İsveçdən Gripen döyüş təyyarələri aldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu