25 C
Baku
20 Sentyabr 2026, 21:08
Baş xəbərDünya

İsrail Livanın tarixi liman şəhərini vurdu

İsrail ordusu səhər saatlarında Livanın cənubunda tarixi binaların yerləşdiyi Tire (Tur) şəhərinin boşaldılması əmri verib və bir müddət sonra şəhərə hava hücumu təşkil edib.

Hücumdan sonra binalardan tüstü qalxarkən yerli mənbələr İsrail ordusunun şəhəri ən az 5 dəfə hədəfə aldığını bildirib.

EN AZ 5 DƏFƏ HƏDƏF OLUB

Səhər saatlarında verdiyi açıqlamada İDF sözçüsü Aviçay Adraee şəhərə təxliyə çağırışı edərək, “Siz dərhal göstərilən ərazilərdən uzaqlaşaraq şimala Avali çayına doğru getməlisiniz. “Hizbullah obyektləri və silahlarının yaxınlığında olan hər kəs həyatını riskə atır” ifadəsini işlətdi.

BURA ƏN QƏDİM VƏ TARİXİ ƏN ƏHƏMİYYƏTLİ ŞƏHƏRLƏRDƏN BİRİDİR

Aralıq dənizi sahilində yerləşən Trye bölgənin ən qədim və tarixi əhəmiyyətli şəhərlərindən biri hesab olunur.

Ən az 4 min il əvvələ aid yaşayış məntəqəsi olan şəhər UNESCO-nun Dünya İrs Siyahısında da var.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Ceki Çanla eyni filmdə çəkilən azərbaycanlı dünya çempionu kimdir?

Aynur Camal

Vüqar Bayramov: Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir

Aynur Camal

Rusiya Ermənistandakı şirkətləri ilə bağlı xəbərdarlıq etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu