Dünya

İsrail naziri Gallant: Müharibəyə çevrilmək nəzəriyyə deyil, reallıqdır

İsrailin müdafiə naziri Yoav Gallant Livanın paytaxtı Beyrutda yüksək rütbəli komandirlərindən birinin öldürülməsindən sonra Hizbullahla artan gərginliyin müharibəyə çevrilə biləcəyini müdafiə edib.

Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Gallant İsrail ordusunun təşkil etdiyi manevrin gündəmi ilə bağlı qiymətləndirmələr edib.

Livan sərhədindəki gərginliyə toxunan Gallant iddia edib ki, Hizbullah lideri Həsən Nəsrullah “Livanı çox ağır bədəl ödəməyə sürükləyə bilər”.

Hizbullahla gərginliyə işarə edən Gallant, “Bu, müharibəyə çevrilə bilər. Bu nəzəri deyil, realdır” deyə şərh edib.

İsrail ordusu tərəfindən darmadağın edilən Qəzza zolağındakı vəziyyəti misal gətirən Gallant Hizbullahı təhdid edərək, “Onlar nə baş verə biləcəyini təsəvvür belə edə bilmirlər. Qəzzanın fotosunu çəksəydilər (nələrin ola biləcəyini) anlayarlar” deyib.

İsrail ordusu iyulun 30-da Beyruta endirdiyi hava zərbəsi ilə Hizbullahın yüksək rütbəli komandirlərindən Fuad Şükürü məhv edib.

Bu hücumdan sonra bölgədə gərginlik artsa da, Hizbullahın Şükürə qarşı sui-qəsdlə cavab verməyə hazırlaşdığı bildirilir.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: İranda mühafizəkarlar ABŞ-la memorandumun pozulmasına çalışırlar

Aynur Camal

Məzuniyyətdə niyə ilk gecə rahat yata bilmirik? Həkimlər səbəbini açıqladı

Aynur Camal

Pakistan Əfqanıstan sərhədində hava zərbələri endirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu