İsrail ordusu Livanın cənubunda yerləşən bir sıra yaşayış məntəqələri ilə bağlı yeni xəbərdarlıq yayıb. Ordunun açıqlamasına görə, müvəqqəti atəşkəs dövründə hərbi bölmələr bölgədə mövqelərini qorumaqda davam edir.
Rəsmi bəyanatda qeyd olunub ki, əvvəllər həmin ərazilərdən köçürülmüş sakinlərə geri qayıtmamaq tövsiyə olunur. Xüsusilə, işğal altında saxlanılan yaşayış məntəqələrinə və onların ətrafına hərəkət etməmək çağırışı edilib.
Məlumata görə, İsrail ordusu martın 2-də başladığı əməliyyatlar çərçivəsində Livanın cənubunda bir sıra yaşayış məntəqələrini nəzarətə götürüb və yerli əhali təhlükəsizlik səbəbilə ərazidən uzaqlaşdırılıb.
Livan və İsrail arasında əldə olunan 10 günlük müvəqqəti atəşkəsin aprelin 17-dən qüvvəyə minməsindən sonra bəzi köçkün ailələrin evlərinə qayıtmağa başladığı bildirilir.
Mənbə: TrtHaber
