Dünya

İsrail Suriyanın Prezident Sarayına hücum etdi

İsrail ordusu Suriyanın paytaxtı Dəməşqdə Prezident sarayı yaxınlığında hücum həyata keçirdiklərini açıqlayıb və bu hərəkətin Suriyanın yeni rejiminə “aydın mesaj” olduğunu bildirib. Suriyada normallaşma prosesi marjinal qruplar və İsrail tərəfindən pozulmağa cəhd edilir.

Muxtariyyət tələb edən druz qrupları yeni administrasiyanın təhlükəsizlik qüvvələri ilə qarşıdurmanı davam etdirir.

Bu çərçivədə druz qruplarının liderlərindən olan Şeyx Müvafak Tarif İsrailə kömək çağırışı edib.

İSRAİL DƏMƏŞKƏ HÜCUM ETDİ

Druz liderinin çağırışına cavab verən İsrail Dəməşqə hücum edib. İsrail Müdafiə Qüvvələri (IDF) hücumla bağlı təhdidedici bəyanat yayıb.

Açıqlamada Suriyanın paytaxtı Dəməşqdə Prezident Sarayı yaxınlığında hücumun təşkil edildiyi bildirilib.

İsrailin müdafiə naziri İsrael Katz sosial media hesabında deyib: “Baş nazir (Binyamin Netanyahu) və mənim əmrimizlə Dəməşqdə Prezident Sarayına edilən hava hücumu Suriya rejiminə açıq-aşkar xəbərdarlıq mesajıdır”.

Jolani (Suriya prezidenti Əhməd əl-Şara) səhər yuxudan duranda və İsrail Hərbi Hava Qüvvələrinin hücumunun nəticələrini görəndə başa düşəcək ki, İsrail Suriyadakı druzlara gələcək hər hansı bir zərərin qarşısını almaqda qərarlıdır.

“Biz (Suriya) qüvvələrin Dəməşqin cənubunda yerləşdirilməsinə və ya druz icması üçün hər hansı təhlükə törətməsinə icazə verməyəcəyik” deyib.

Bu həftə Suriyada hökumətyönlü qüvvələrlə druzlar arasında baş verən toqquşmalarda 100-dən çox adam ölüb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Danimarkanın Baş naziri Frederiksen: ABŞ Qrenlandiyanı almayacaq

Aynur Camal

Bu gün Ukraynanın Dövlət Müstəqilliyi Günüdür

Aynur Camal

“Ankara Ukraynadakı münaqişənin tezliklə dayandırılmasının tərəfdarıdır”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu