25 C
Baku
26 Sentyabr 2026, 20:05
Baş xəbərDünya

İsrail tankı və əsgərləri belə partladılar!

HƏMAS-ın paylaşdığı son görüntülərdə İsrail tankının və İDF əsgərləri olduğu deyilən 4 nəfərin partladıldığı anları əks olunub.

İsrailin Merkava tankının məhv edilməsi və 4 İDF əsgərinin əldəqayırma partlayıcı qurğu ilə öldürülməsinin görüntüləri Həmas-ın hərbi qanadı Əl Qəssam Briqadaları tərəfindən təbliğat müharibəsi çərçivəsində yayımlanıb.

Əl-Qəssam Briqadalarının məlumatına görə, hadisə Qəzzanın şimalında Cəbəliyə düşərgəsinin Əl-Qəsasib məhəlləsində baş verib. Videoda güclü partlayışın ardınca bir İsrail tankı və dörd nəfərin İsrail əsgəri olduğu bildirilir.

YAZILI BƏYANAT GƏLİB

Yazılı açıqlamada Qəzza zolağının şimalında yerləşən Cibaliya Qaçqınlar Düşərgəsində bir evdə gizlənən İsrail əsgərlərinə raket hücumu təşkil edildiyi bildirilib. Açıqlamada, Cibaliya Qaçqınlar Düşərgəsinin mərkəzi hissəsində yerləşən Yəmən əl-Səid xəstəxanası yaxınlığındakı hücumda İsrail əsgərlərinin öldüyü və ya yaralandığı, Qəzza şəhərində də İsrail əsgərlərinin hədəf alındığı bildirilib. Hücumla bağlı İsrail ordusundan hələlik heç bir açıqlama verilməyib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Haaretz: Netanyahu hökuməti İsrailin ABŞ-dakı nüfuzuna zərər vurub

Aynur Camal

Papa XIV Leo: Texnologiya insanın xidmətində olmalıdır

Aynur Camal

Alimlər iki yeni qəribə dəniz hörümçəyi növü aşkarlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu