Dünya

Pezeşkian: Ölkə daxilində parçalanmaya səbəb olacaq mesajlardan çəkinmək lazımdır

Bugun.tv xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə İsveçrədə keçirilən danışıqlardan sonra ölkə daxilində birlik və həmrəyliyin qorunmasının vacibliyini vurğulayıb.

İranlı Tələbələr Xəbər Agentliyinin (ISNA) məlumatına görə, Pezeşkian Tehranda Milli Sənətkarlar Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, ABŞ ilə aparılan danışıqlarda İran nümayəndə heyəti heç bir güzəştə getmədən iştirak edib.

İran prezidenti ölkə daxilində danışıq prosesinə qarşı səsləndirilən tənqidlərə toxunaraq, parçalanma və qarşıdurmaya səbəb ola biləcək bəyanatların düşmənlərin maraqlarına xidmət etdiyini deyib. O, indiyədək ölkədə belə geniş konsensus mühitinin formalaşmadığını qeyd edib.

Pezeşkian əlavə edib ki, qarşı tərəf İranın hüquqlarını nəzərə almasa, Tehran geri çəkilməyəcək. Onun sözlərinə görə, İranın tələbi ilə ABŞ Livanda müəyyən geri addımlar atıb və bu istiqamətdə müsbət irəliləyişlər əldə olunub.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Avqustun 12-də 6 planet bir xəttdə düzüləcək

Aynur Camal

İran Körfəz ölkələrini xəbərdar etdi

Aynur Camal

Alimlər paslanmayan qədim dəmirin sirrini açıqladılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu